reklam
» » Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən xalq artistindən YENİ XƏBƏR

reklam

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən xalq artistindən YENİ XƏBƏR

Xalq artisti Qəndab Quliyevanın vəziyyəti stabilləşib.
Respublika Diaqnostika Mərkəzindən verilən məlumata görə, xalq artisti dünən xəstəxanaya gətirilib. Ona ürək çatışmazlığı diaqnozu qoyulub.
Hazırda durumu stabilləşən xanəndə xəstəxanada müalicəsi davam etdirilir.
**
19:35
Xalq artisti Qəndab Quliyeva xəstəxanaya yerləşdirilib. Bu barədə Lent.az-a sənətçinin oğlu Hafiz Həmidov məlumat verib. O bildirib ki, Qəndab Quliyeva bu ilin fevral ayından sonra ürəyindəki problemlər səbəbindən infarkt keçirib. Daha sonra tanınmış xanəndə 3 dəfə insult keçirib. O, hazırda Respublika Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsindədir. Həkimlər müğənninin vəziyyətinin ağır olduğunu bildiriblər.
Xalq artistinin oğlu anasının müalicəsi üçün müvafiq qurumlardan və imkanlı şəxslərdən yardım istəyib.
Qeyd edək ki, Qəndab Quliyeva 1949-cu ildə Füzuli rayonunda anadan olub. 1992-c ildə Xalq artisti fəxri adına layiq görülüb.



Paylaş:


Müəllif : Tarix:
22-06-2017, 11:14
  


loading...
Загрузка...