Xalq artisti Fəxri Xiyabanda dəfn edilməyəcək — Nazirlikdən rəsmi AÇIQLAMA
Xalq artisti Xumar Zülfüqarova Fəxri Xiyabanda dəfn edilməyəcək.
Bu barədə "Ölkə.Az"-a Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxməmmədov məlumat verib:
"Xumar Zülfüqarova ilə vida mərasimi mərhumun evində keçiriləcək və ailəsinin məsləhət bildiyi yerdə dəfn ediləcək. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin Bakı Xoreoqrafiya Akademiyasının nümayəndələri iştirak edəcəklər. Ancaq Fəxri Xiyabanda dəfn edilməsiylə bağlı qərar qəbul edilmədi".
Qeyd edək ki, 90 yaşlı Xumar Zülfüqarova dünən vəfat edib. O, Bakı şəhərində görkəmli teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olub. O, 1945-cı ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olub.
Üzeyir Hacıbəylinin “Koroğlu” operası əsasında rəqs qurub, Qara Qarayevin “Yeddi gözəl” baletində çıxış edib, kinofilmlərdə rol alıb. “Şah İsmayıl”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarında rəqqasə qismində mahircəsinə çıxış edib.
1950-ci ildə Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirib.
Paylaş:
Müəllif : Jurnalist
Tarix:3-07-2017, 15:38
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Jurnalist
Tarix:3-07-2017, 15:38

Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:19
Dünən, 13:08
Dünən, 11:56
Dünən, 00:55
Dünən, 00:17
17-02-2019, 21:50
16-02-2019, 14:25
16-02-2019, 14:15

Təhsil nazirliyi nə səbəbə Goranboy Rayon Təhsil Şöbəsinin qarşısında aciz qalıb?- ŞİKAYƏT

“Mənim banka borcum yoxdu, sadəcə kredit götürən dostuma zamin durmuşam” - FHN generalı DANIŞDI

İsrailin hərbi sənaye şirkəti Azərbaycanla daha 13 milyon dollarlıq müqavilə bağladı - QALMAQALIN ARDINCA...

"Apellyasiya şikayətimiz üzrə ədalətli qətnamənin çıxarılmasına nail olmaqla siz 4 nəfəlik ailənin intihar etməsinin qarşısını alacaqsınız"-MÜRACİƏT

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı sahibkardan 50.000 manat rüşvət istəyir-ŞİKAYƏT

Vətəndaş Mərkəzi Klinika Gəncə Xəstəxanasından gileylənir - Artıq pulumu alıblar + VİDEO

Tanış qadınla yad kişini görüşdürdü, cinsi əlaqədə olarkən videoya çəkdi, sonra... - Bakıda

AZƏRBAYCAN DƏRSLİKLƏRİNDƏ “ERMƏNİ İZİ” - Təsadüf, səhlənkarlıq, ya arvadı erməni olanların növbəti təxribatı?
Saytı bəyənirsinizmi?