reklam
» » "Eurovision"da çıxış edəcəyimiz tarix bilindi

reklam

"Eurovision"da çıxış edəcəyimiz tarix bilindi

"Eurovision 2017" iştirakçılarının yarımfinallarda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma mərasimi keçirilib.

Püşkatmanın nəticələrinə görə, Azərbaycan birinci yarımfinalda 8 nömrə altında çıxış edəcək.

Mayın 9-da keçiriləcək birinci yarımfinalda 18 (Monteneqro, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, Yunanıstan, Moldova, Ermənistan, Albaniya, Azərbaycan, Avstraliya, Kipr, Sloveniya, Çexiya, Latviya, İslandiya, Polşa və İsveç), mayın 11-də keçiriləcək ikinci yarımfinalda isə 19 iştirakçı (Norveç,  Litva, Malta, İsrail, Makedoniya, Niderland, Serbiya, Danimarka, Rumuniya, Macarıstan, Avstriya, İrlandiya, İsveç, Estoniya, Bulqariya, San-Marino, Xorvatiya, Belarus, Rusiya) səhnəyə çıxacaq.

Yarışmanın final mərhələsi isə mayın 13-də baş tutacaq.

Builki yarışmaya ümumilikdə 43 ölkə qatılacaq.


Paylaş:


Müəllif : Tarix:
31-01-2017, 22:16
  


loading...
Загрузка...