reklam
» » “İlhamə Quliyevanı ölümdən qurtardım, özümü bəlaya saldım" - foto

reklam

“İlhamə Quliyevanı ölümdən qurtardım, özümü bəlaya saldım" - foto

“İlhamə Quliyevanı ölümdən qurtardım, özümü bəlaya saldım” – FOTO - AÇIQLAMA
Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın vəfatından təxminən ilyarım keçməsinə baxmayaraq, hələ də sənətkarın sağlığında baş vermiş məlum xoşagəlməz hadisələrlə bağlı söz-söhbət səngimək bilmir.

Regionxeberleri.com bildirir ki, Axşam.az-a daxil olan məlumata görə, sənətkarın keçmiş köməkçisi Mehriban Hüseynovanın İ.Quliyevaya qarşı hazırladığı sui-qəsdlə bağlı cinayət işində şahid qismində dindirilən Zəminə Xıdır qızı Məhərrəmova açıqlama verib.
 
O, bildirib ki, məlum hadisənin müstəntiqi Müşviq Abbasov ondan külli-miqdarda pul tələb edib. Bundan başqa, vətəndaşların çoxsaylı şikayətləri əsasında onun törətdiyi əməllər barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı İdarəsində cinayət işi açılaraq, iş aparılır.

Z.Məhərrəmovanın təfərrüatlı açıqlamasını təqdim edirik:

“Mən Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Müşviq Abbasov tərəfindən aldadılaraq 3000 (üç min) manatım mənimsənilib.

M.Hüseynovanın İ.Quliyevaya qarşı sui-qəsd hazırlanması barədə İlhamə xanımın şikayəti əsasında Bakı şəhər Prokurorluğunun əməkdaşı müstəntiq Müşviq Abbasov tərəfindən araşdırılma aparılırdı.
 
Həmin zaman mən də ora şahid qismində dəvət olunmuşdum. Ona görə ki, Mehriban Hüseynova İlhamə Quliyevanın adından saxta vəsiyyətnamə yazaraq, əmlakını ələ keçirmək iistəyirdi. Həmin saxta sənədi mən Mehribanın əlindən alaraq, İlhamə xanıma təqdim etmişdim.

Bildiyiniz kimi, həmin ərəfələr Vüqar Bəkirovu günahsız yerə şərləyib, həbs etdirdilər. Bu da kimləriminsə marağına xidmət edirdi. Onu da bilirik ki, Vüqar Bəkirov həbs olunan zaman ona məxsus olan “Samsung”, “Alcotel” və “Toshiba” markalı mobil telefon və kompyüterini mənə saxlamağa vermişdi ki, birdən istintaqa kömək məqsədi ilə Mehriban Hüseynovanın səs yazıları lazım olarsa, təqdim edim və elə də oldu.

Mən Vüqar Bəkirovun əşyalarını Müşviq Abbasova təqdim etdim. Həmin zaman Müşviq Abbasov məni hədələməyə başladı. Deyirdi ki, “sən kim idin ki, Mehribandan vəsiyyətnaməni alıb, İlhaməyə verirdin...!”

Mən ona bildirdim ki, “Müşviq müəllim, siz nə danışırsınız....?! Mən,Vüqar və Orxan Nadirov (İlhamə Quliyevanın oğlu) İlhamə xanımı ölümdən qurtarmışıq. Hər şeyi bilə-bilə siz necə bu sözləri deyə bilirsiniz?”

M.Abbasov da cavab olaraq dedi ki, “İmkan verərdin öldürərdi, bundan sonra Mehribanı tutardıq".

M.Abbasov məni qorxudaraq, ilkin 5000 (beş min) manat, daha sonra 4000 (dörd min) manat tələb edirdi. Və nəhayət sonda 3000 (üç min) manatımı ala bildi. Həmin pulun bir qismini yaxın rəfiqəm Aygündən alaraq, 2000 (iki min) manatını isə özümə məxsus olan qızıl əşyalarımı lombarda qoyaraq götürmüşəm və şəxsən Müşviq Abbasova vermişəm. Bundan sonra aldandığmı bildikdən sonra dəfələrlə Müşviqdən pulumu istəsəm də, o, buna əhəmiyyət vermədi.

Hətta Vüqar Bəkirovun əşyalarını ona təqdim etdiyim protokolu da ondan ala bilmədim. Şükürlər olsun ki, Vüqar Bəkirov bugünkü gündə öz günahsızlığını sübuta yetirərək, azadlığa çıxdı və onunla birgə dəfələrlə Bakı şəhər Prokurorluğuna gedərək, Müşviq Abbasovdan ona məxsus olan əşyaları geri istədik. Amma o, əşyaları geri qaytarmaqdan imtina edərək, boyun qaçırdı. Və bu proses 1 il ərzində davam etdi. Bizi süründürməçiliyə məruz qoyaraq, bu gün-sabah deyə-deyə müxtəlif bəhanələr gətirirdi. Hal-hazırda Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Müşviq Abbasov barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı İdarəsində cinayət işi açılaraq, iş aparılır.

Müşviq Abbasov barəsində vətəndaşların çoxsaylı şükayətləri əsasında onun törətdiyi əməllər sübuta yetirilir. Bu gün (09.08.2017) Nərimanov rayon müvəqqəti saxlama təcridxanasından çıxıram və Müşviq Abbasovla üzləşməm oldu.

Onun məndən aldığı 3000 (üç min) manat pulumu və Vüqar Bəkirova məxsus olan əşyaları geri qaytarılmasını tələb etdim. Bu günə qədər ona görə lombarda faizlə pul verirəm. Hər ay ödədiyim həmin məbləğləri də ondan tələb edirəm. Onun orada etdiyi hərəkətləri görüb, dəhşətə gəldim. Belə ki, 15 il dövlət qulluğunda çalışan bir məmurun törətdiyi qanunsuzluq, yolverilməz hərəkətləri nəticədə Vüqar Bəkirova məxsus olan “Samsung” markalı (dəyəri 365 manatdır) telefonu mənimsəyərək, öz maraqları üçün istifadə edib.

Onu da bildirmək istəyirəm ki, bu işlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı İdarəsinə dəvət olunan Müşviq Abbasovla bağlı şikayət ərizəmi vermişəm. Məndən hədə-qorxu ilə aldığı 3000 (üç min) manat pulumu geri qaytarılmasını tələb etdim. Müşviq Abbasov kimi dövlət məmuru olmaqdansa, məhbus olmaq daha yaxşıdır. Amma məncə, ona məhbus adı da vermək haramdır. Çünki o, məhbusun payını da yeyəcək. İndi bilsin ki, günahsız adamların başına oyun açıb, hədə-qorxuyla pul almaq nə deməkdir. Kimlərisə dələduzluluqda ittiham edib, həbs etdirməklə deyilmiş".




Paylaş:


Müəllif : Tarix:
9-08-2017, 17:15
  
loading...