X
Azərbaycanlı məşhur dünyasını dəyişdi- FOTO » Regionxeberleri.com Azərbaycanlı məşhur dünyasını dəyişdi- FOTO » Regionxeberleri.com

reklam
» » Azərbaycanlı məşhur dünyasını dəyişdi- FOTO

reklam

Azərbaycanlı məşhur dünyasını dəyişdi- FOTO

Rejissor Rafiq Dadaşov dünyasını dəyişib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmovun verdiyi məlumata görə, Rafiq Dadaşov fevralın 5-də vəfat edib. O, bu gün Bakıda dəfn olunacaq.
Qeyd edək ki, Rafiq Dadaşov 20 iyul 1946-cı ildə Bakıda anadan olub. 1963-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işə qəbul olunub. 1964-cü ildə rejissor köməkçisi kimi işə başlayıb.
2002-ci ildə Azərbaycan Televiziya və Radio verilişləri QSC "Aztelefilm" birliyində kinorejissor vəzifəsində çalışıb.
2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Mənbə: APA


Paylaş:


Müəllif : Tarix:
6-02-2017, 11:06
  


loading...