» » Azərbaycanlı müğənnilərin əsl peşələri haqda bilmədikləriniz – SİYAHI

Azərbaycanlı müğənnilərin əsl peşələri haqda bilmədikləriniz – SİYAHI

Onlardan bəzisi ixtisasca həkim, filoloq, bəziləri isə iqtisadçıdır. Söhbət Azərbaycan müğənnilərindən gedir.

RegionXeberleri.com baku.ws-ə istinadən ixtisası fərqli olan müğənnilərin siyahısını hazırlayıb.

Xalq artisti Flora Kərimova 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.

Xalq artisti Faiq Ağayev 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Xalq artisti Zülfiyyə Xanbabayeva 1985-ci ildə İncəsənət İnstitutunun "Teatr rejissoru" fakültəsinə daxil olub.

Əməkdar artist Röya Ayxan 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub.

Əməkdar artist Baloğlan Əşrəfov 1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləyib.

Müğənni Aysel Teymurzadə 2001-2005-ci illərdə fortepiano dərsləri alıb. 2004-cü ildə Amerika Birləşmiş Ştatlarının Texas ştatında "High School"-a daxil olub. 2004-2005-ci illərdə burada təhsil alıb.

Müğənni Ağadadaş Ağayev 1972-1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bir müddət Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib (1977-1983).

Müğənni Abbas Bağırov 2000-2002-ci illərdə Tərtər rayonundakı Maliyyə İqtisad kollecində təhsil alıb.

Müğənni və aktrisa Elnarə Xəlilova 1997-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub.


Paylaş:


Müəllif : Tarix:
24-09-2017, 13:01
  
loading...