X
Vaqif Əsədovdan Nura Suri açıqlaması: "…cəzasız qalmayacaq" » Regionxeberleri.com Vaqif Əsədovdan Nura Suri açıqlaması: "…cəzasız qalmayacaq" » Regionxeberleri.com

reklam
» » Vaqif Əsədovdan Nura Suri açıqlaması: "…cəzasız qalmayacaq"

reklam

Vaqif Əsədovdan Nura Suri açıqlaması: "…cəzasız qalmayacaq"

Tanınmış müğənni Nura Surini "Porsche" markalı avtomobili Dövlət Statistika Komitəsinin qarşısından cərimə meydançasına aparılıb.

Buna ifaçının maşını qadağan olunmuş yerdə saxlaması səbəb olub. Bu barədə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti Sevinc Əliyeva saytımıza açıqlamasında deyib. Onun sözlərinə görə, Nura Suri cərimə meydançasından avtomobilini bir qəpik ödəmədən çıxarıb: "Mən taksi ilə Tbilisi prospektində yerləşən cərimə meydançasında getdim. Gördüm ki, arxamca Nura Suri də gəldi. Onda zarafatyana dedim ki, Nura xanım, deyəsən "qaişnik"lərin pulu qurtarıb. O isə dedi ki, nə pul? Bir qəpik də ödəmədən buradan çıxıb gedəcəm. Bir də gördüm ki, şlaqbaum açıldı, Nura Suri də sürətlə çıxıb getdi. Mən isə 20 manat evakuatora görə cərimə ödədim. Kəsilən cərimənin 20 manatını da banka ödəyəcəm".

Məsələ ilə bağlı Bakı şəhər Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovla da əlaqə saxladıq. Regionxeberleri.com xəbər verir ki, o, yenicag.az-a açıqlamasında faktın araşdırıldığını deyib. Kimliyindən asılı olmayaraq, bilərəkdən və ya bilməyərəkdən inzibati xətaya yol veribsə, cəzasız qalmayacaq. Dəxli yoxdur, bu şəxs ya müğənni olsun, ya da qeyri peşə sahibi. Qanun hər kəs üçün keçərlidir.

Qeyd edək ki, Nura Suri Facebook səhifəsi vasitəsi ilə açıqlama yayaraq, belə bir hadisənin baş vermədiyini deyib.


Paylaş:


Müəllif : Tarix:
3-10-2017, 17:39
  


loading...