RegionXeberleri.com  cebhe.info-ya istinadən xəbər verir ki, o, Rusiyanın xalq artistinin məşhur "Million roz" mahnısını oxuyaraq, Şamaxıda klip çəkdirib. 

Rejissoru ER-Togrul olan yeni ekran işi sosial şəbəkələrdə tənqid olunub. İzləyicilər N.Qafarzadənin mahnının sözlərini səhv tələffüz etdiyini yazıblar. 

Bundan başqa, ifaçı klipdə sözlərin müəllifini səhv yazıb. Belə ki, "Million roz" mahnısının sözlərini Andrey Voznesenskiy yazıb. Ekran işində isə müəllif kimi İlya Reznikin adı göstərilib.

N.Qafarzadə özü isə bildirib ki, bəstəni özünəməxsus oxuyub: 

"Bilirsiniz ki, bu mahnı Alla Puqaçovanın repertuarında sevilib. Mən də fərqli aranjemanda bu mahnıya nəfəs verdim. İndi bir çoxları soruşacaq ki, klipə nə qədər pul xərcləmisiniz? Mən də deyərdim ki, bütün var-dövlətimi bu işdə batırdım. Bankrot oldum. Bütün bunlar boşdur. Ən əsası yekunda yaxşı bir klip alındığını deyə bilərəm. Buna görə də başda rejissor ER-Toğrul olmaqla, ekran işində əziyyəti keçən bütün komandaya təşəkkürümü bildirirəm”. 

Qeyd edək ki, klipin operatoru Şahmar Səfəroğlu, montajçısı Nail Babayevdir. N.Qafarzadənin tərəf-müqabili aktrisa Aydan olub. Qrim işlərini isə Palina Tkocenko edib. 

Yeni klipi oxuculara təqdim edirik: