reklam
» » “Ailəmizin dağılmağına imkan verməyəcəm” – Dadodan ilk açıqlama

“Ailəmizin dağılmağına imkan verməyəcəm” – Dadodan ilk açıqlama

 
Bir neçə gündür tanınmış müğənni Natavan Həbibinin həyat yoldaşı reper Səid Əliyevdən (Dado) ayrılma xəbərləri gündəmdən düşmək bilmir.
Heç bir tərəf mediaya açıqlama verməsə də, Dado ötən gün səssizliyini pozub.
O, ingiliscə “Ailəmə toxunmayın” yazılı foto paylaşaraq ilk açıqlamasını yayıb:
“Heç bilmirəm nədən başlayım. Ailəmizin dağılmağından ya reytinq üçün ağlına gələn xəbəri yazan, özünə “redaktor” deyənlərdən… Siz özünüzü necə tanıyırsız bilmirəm, amma mən o kişi deyiləm ki, öz həyat prinsiplərimi pulun üzərində qurum. Adam kişi olar. Bu söhbəti çıxaranlarla ayrıca danışarıq. Belə absurd xəbərin haradan çıxardığınızı mənə təqdim edəcəksiz. Ortada şər və böhtan var. Kimsə özünü bu rolda görür, belə addımlara normal baxır. Xeyr! Mən o kəslərdən deyiləm. Mənim nə adım, nə də hissim satılır. Özünüzə gəlin, bu nə biabırçılıqdır. İnsanlığınızı itirməyin, bu günün sabahı da var.
Daha sonra Dado Natavana səslənərək onu bağışlamasını istəyib:
“Natavan, olanlara görə məni bağışla! Sən mənim ailəmsən və sona qədər ailəmizin dağılmağına imkan verməyəcəm. Səni sevirəm”.

  


Paylaş:


Müəllif : Tarix:
6-12-2017, 11:32
  
loading...