X
Alpinistlər haqda ümidverici xəbər: Onlar 4 günlük... » Regionxeberleri.com Alpinistlər haqda ümidverici xəbər: Onlar 4 günlük... » Regionxeberleri.com

reklam
» » Alpinistlər haqda ümidverici xəbər: Onlar 4 günlük...

reklam

Alpinistlər haqda ümidverici xəbər: Onlar 4 günlük...

İtkin düşən alpinistlərimiz özləri ilə 4 günlük yemək götürüblər.

Bu barədə  “Gilavar” - hava və ekstrim idman klubundan məlumat veriblər. Klubdan bildiriblər ki, alpinistlərdə lazım olan bütün ehtiyat əşyalar var:

“Onlar kifayət qədər peşəkar alpinistlərdir. Bundan öncə Xınalıq rayonuna yürüyüşlərimiz çox olub, bu dağ da daxil olmaqla, bir çox dağlara çıxılıb. Amma sırf onların nəzərdə tutduğu marşrut üzərindən çıxılıb-çıxılmadığı haqqında məlumatı tam dəqiq deyə bilməyəcəm. Klubda hər kəs ayrı-ayrı idman sahələrində çalışır. Hazırda sırf bu qayayadırmanma, dağadırmanma ilə əlaqədar şəxslər axtarış qrupundadır”.

İdman klubunun rəhbəri Ziya Qasımov isə Lent.az-a açıqlamasında bildirib ki, alpinistlərin sağ-salamat tapılmasına inamını itirməyib:

“Bu insanlar fiziki cəhətdən hazırlıqlı, peşəkar idmançılardır. Məsələn, Namin Bünyatzadə xüsusi təyinatlı qüvvələrdə zabit kimi çalışıb, Babur polis orqanlarında nümunəvi zabitlərdəndir. Əgər fors-major hal olmayıbsa, biz onların sağ-salamat olduğuna inanırıq. Çünki kifayət qədər azuqələri olub. Üstəlik, çox güclü olduqları üçün bir neçə gün ac da qala bilərlər”.

Klub rəhbəri əlavə edib ki, itkin düşən alpinistlər çox peşəkardır və fors-major halları əvvəlcədən hiss edib onu qabaqlaya bilərlər: “Biz onların təcrübəsinə əminik. Düşünürük ki, Allah eləməsin, bədbəxt hadisə baş verməyibsə, tezliklə sağ-salamat tapılacaqlar. Eyni zamanda bütün ehtimalları nəzərdən keçiririk. Laza istiqamətinə kimi hər yer axtarılır. Bəzi yerlərdə qar uçqunları var, onları qazırıq. Hətta daha əvvəldən baş vermiş qar uçqunlarını da qazırıq ki, əmin olaq”.

Qeyd edək ki “Gilavar” - hava və ekstrim idman klubunun üzvü olan alpinistlər: Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Tufandağ istiqamətində yürüşə çıxıb. Onlar sonuncu dəfə Mahmuddərə adlanan ərazidə olarkən mesaj yazıblar və bildiriblər ki, hava şəraiti ilə bağlı yuxarı qalxa bilməyiblər, Mahmud çayının dərəsində gözləyirlər. 26 dekabrda geri dönməli olsalar da, qayıtmayıblar və onlarla əlaqə də kəsilib.

Hazırda FHN-in Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə alpinistlərin axtarışına cəlb edilib.


Paylaş:


Müəllif : Tarix:
28-12-2017, 14:10
  


loading...