reklam
» » Rəmişdən Rəhmana ağır cavab: “Otur yerində, elə eləmə ki…”

reklam

Rəmişdən Rəhmana ağır cavab: “Otur yerində, elə eləmə ki…”

Tanınmış gitara ifaçısı Rəhman Məmmədlinin həmkarı, xalq artisti Rəmişlə bağlı açıqlaması qarşı tərəfi özündən çıxardıb.
Regionxeberleri.com bildirrir ki, Yenicag.az-a açıqlama verən Rəmiş həmkarına səslənib:
“Mən efirdə kimin adını çəkərəm, kimin adını çəkmərəm, bu, mənim işimdir. İfasını bəyəndiyim gitara ifaçılarının adını həmişə çəkmişəm. Amma sənin adını çəkmirəm, çünki ifanı dinləməmişəm. Nə vaxt dinləsəm, onda qiymət verərəm. Adını çəksəm, bu, reklamın olar. Səninlə işim yoxdur, otur yerində, elə eləmə ki, ağır cavab verim. Mənimlə işin olmasın. Heç vaxt sənətkarlara qısqanclıqla yanaşmıram. Mən həmin oğlanam ki, Gürcüstanda məclisdə gitara ifa etdim. Bir milyarder ev qiymətinə olan brilyant üzüyünü barmağından çıxarıb mənə bağışladı. Bunu mən yox, həmin toyda olan İslam Rzayev özü görüb danışıb. Əksinə, sənət adamları məni qısqanır, toylara getməyimə imkan vermirlər. Soruşanda ki, “Rəmiş hardadır”, deyirlər, “Azərbaycanda yoxdur””.
Qeyd edək ki, Rəhman Məmmədli saytımıza açıqlamasında Rəmişlə bağlı belə deyib:
“Həmişə gözləyirəm ki, efirdə mənim də adımı çəksin, sənətimdən danışsın. Ən azı desin ki, bizdən sonra da sənətkarlar yetişir, onlardan biri də Rəhmandır. Amma bunu demir. Qoy cavab versin ki, niyə adımı çəkmir? Bunun bir adı var – qısqanclıq. Gitara Rəmişlə, Rəhmanla bitmir ki… Bizdən sonra da sənətkarlar yetişir, hər kəsin haqqıdır ki, onun da adı çəkilsin”.


Paylaş:


Müəllif : Tarix:
9-01-2018, 13:19
  


loading...
Загрузка...