reklam
» » Aşıq Vüqar Mahmudoğlu dəfn olundu

reklam

Aşıq Vüqar Mahmudoğlu dəfn olundu

 
Aşıq sənətinin tanınmış nümayəndələrindən olan Aşıq Vüqar Mahmudoğlu dünyasını dəyişib.
Bu barədə Kult.az-a aşığın yaxınları məlumat veriblər.
Bütün səylərə baxmayaraq, iki gündür reanimasiyada saxlanılan aşığın həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, iki gün öncə infarkt keçirdən V.Mahmudoğlu Mərkəzi Gömrük Xəstəxanasında ürəyindən əməliyyat olunmuşdu.
***
Aşıq Vüqar Mahmudoğlu doğulduğu Şıxzahırlı kəndində dəfn olunub.
Mərhumun yası Müşfiqabad qəsəbəsində olacaq.
Qeyd edək ki, Aşıq Vüqar Mahmudoğlu 1970-ci il noyabrın 3-də Şamaxıda doğulub. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır.
Allah rəhmət eləsin!



 


Paylaş:


Müəllif : Tarix:
10-01-2018, 15:19
  
loading...