reklam
» » “Ayla” Oskar komitəsini məhkəməyə verir

reklam

“Ayla” Oskar komitəsini məhkəməyə verir

Türkiyənin Oskar mükafatına namizəd göstərilən “Ayla” filminin prodüseri Mustafa Uslu filmi izləmədən qiymət verdikləri üçün komitə üzvlərini məhkəməyə verməyə hazırlaşır.

Kult.az xəbər verir ki, Oskar komitəsinin filmi axıra qədər izləmədiyini deyən prödüser ABŞ-ın məşhur hüquq müdafiəçilərindən biri ilə razılaşdığını deyib.

“Sadəcə Türkiyə tamaşaçısı yox, ABŞ-da daxil olmaqla 27 ölkənin izləyicisi “Ayla”nı çox bəyənib. Festivallarda üç zalda eyni adla təqdim olunan tək film “Ayla“dır. Siyasi bir oyuna qurban getdiyimizi düşünürəm. Komitə müharibələrdə ana-atalarını itiriən uşaqların dramına laqeyd qalmamalıdır. “Ayla”ya düzgün qiymət verilərsə, Oskarın ən böyük namizədlərindən biri olar”.

Qeyd edək ki, ötən ilin oktyabr ayında tamaşaçılara təqdim olunan Türkiyə istehsalı “Ayla” filmi Oskara namizəd kimi təqdim olunsa da, siyahıya düşə bilməyib.


Paylaş:


Müəllif : Tarix:
13-01-2018, 13:13
  
loading...