Tolikə “Xəzər” TV-də vəzifə verildi » Regionxeberleri.com Tolikə “Xəzər” TV-də vəzifə verildi » Regionxeberleri.com

reklam
» » Tolikə “Xəzər” TV-də vəzifə verildi

reklam

Tolikə “Xəzər” TV-də vəzifə verildi

Tanınmış prodüser Tarix Əliyevə (Tolik) “Xəzər” telekanalında vəzifə verilib.

Bu barədə Oxu.Az-a “Xəzər” TV-nin Proqramlar Departamentinin direktoru Kənan Bayramov məlumat verib.

Belə ki, Tolik bundan sonra həftəiçi hər gün yayımlanan səhər proqramı “Hər şey daxil”in layihə rəhbəri və aparıcısı olacaq.

Qərar bu gün kanal daxilində keçirilən iclasda qəbul edilib.

Qeyd edək ki, Sevil-Sevinc Səfərovalar da verilişdə aparıcılıq missiyasını davam etdirəcəklər.

Məlumat üçün bildirək ki, Tolik “Lider” TV-i ilə yollarını yeni ayırıb.


Paylaş:


Müəllif : Tarix:
17-01-2018, 19:21
  


loading...