reklam
» » Sənətini və həyatını sevgisinə qurban verən müğənni Bergenin faciəsi

reklam

Sənətini və həyatını sevgisinə qurban verən müğənni Bergenin faciəsi

 Bergen sadəcə 30 il yaşayıb. Həyatını Halisə qarşı olan sevgisinə həsr edib. Tək istəyi mahnı oxumaq olub. Ancaq Halisin qısqanclığı buna izn verməyib.. 

 Müğənni Bergenin dəhşətli həyat hekayəsini təqdim edir:

“Bəzən insanlar hiddətli sevir, ölümünə sevir, yaşadıqları pis hadisələr sevgilərindən heç nə almır” deyirdi Bergen. Fərqli bir həyatı ola bilərdi...

Məktəbi bitirəndən sonra konservatoriyaya daxil olur. İmtahanı birinciliklə bitirir. Əsl adı Belgin olub. Məktəbi sevmir, sadəcə mahnı oxumaq istəyirdi. Hər gün böyük violonseli “dınqıldatmaq”dan bezirdi...

İlk sevgisi taksi sürücüsü Yalçın olur. Bergeni zorlayır, ancaq sonra başqa biriylə evlənəcəyini deyir. Yiyəcəyi sillələrin yanında təbii ki, bu, heç nə olur...

Məktəbdən uzaqlaşıb, səhnəyə çıxmağa qərar verir. Yaşını böyüdürlər. Qəzetdə Norveçin Bergen şəhərindən bəhs edən bir yazı görüb çox sevir və səhnə adı kimi istifadə etməyə başlayır.

Səhnədə ona uzun müddət baxana “Çox bəyənirsinizsə kiçik oğlunuza alın” deyir, yaralarını mahnı oxuyaraq sağaldırdı.

Nə olursa, Adanaya gələndən sonra baş verir. “Kömür gözlü adam” hər gecə onun səhnəyə çıxdığı restorana gəlir, kulisinə güllər göndərirdi. Hər dəfəsində Bergen gülləri onun üzünə çırpırdı. Ancaq Halis adlanan bu şəxs “Məni tanısan sevəcəksən” deyə bir gün yenə gül göndərir. Bergen ilk dəfə həmin günü çiçəkləri zibil qabına atmır...

Kreditlə maşın alan Bergenin avtomobili müəmmalı şəkildə yanıb, kül olur. Halis isə “Ağlama, mən sənə yenisini alaram” deyir. Bergen həmin gün Halisə bir şans verir. Sonradan öyrənir ki, maşını yandıran Halis imiş. Ona yeni maşın alaraq qəlbini oğurlamaq istəyirmiş. Böyük eşq ayrılmaqlarına izn verməir, evlənirlər...

Bergen ilk günlər dəfələrlə döyülür, sonradan da evə gəlməyən Halisin evli olduğunu öyrənir. Nikahı təsdiqləyən şəxs, nigah şahidləri hamısının yalan olduğu ortaya çıxır.

Bergen nə Halislə qala bilir, nə də onsuz... Halis də Bergeni dəli kimi sevir, ancaq səhnəyə çıxmasını istəmir. Bergen “boşanacam” deyir və boşanırlar...

Sonra yenidən Bergenin səhnəyə çıxmaması şərtilə evlənirlər.

Bergen yenidən hər gün üzü-gözü dağılan, göyərdilən qadın olur. Hər dəfə səhnəyə qaçır və yenə Halisin qara gözlərinə baxıb barışır.

Dəfələrlə Mersinə, İzmirə gedir. Ona aşiq olan insanlar peyda olur, lakin Bergen Halisdən başqasını sevmir.

Bir gün Ankaradakı evinin yanması ilə bağlı telefon zəngi alır. Bu dəfə də yanına “Ağlama” deyən Halis gəlir. Həmin evi də köhnə formasına qaytarır. Bergen o zamanlar evi də Halisin yandırıb-yandırmaması ilə bağlı tərəddüd yaşayır. Ancaq Halis “Mən etmədim” deyir və onu inandırır.

9 yanvar 1982-ci ildə Bergen gündəliyinə “Evləndim” deyə qeyd yazır. Yenə eyni şeylər təkrarlanmağa başlayır.

Bergen yenə İzmirə qaçıb, səhnəyə çıxır. O qaçır, Halis qovur. Adana dəliqanlısı “Üç gün sonra bütün qəzetlər səndən yazacaq” deyir. Dediyi də olur...

Bir adam əlindəki qabdan mayeni Bergenə doğru atır. Öncə vücudunda və üzündə bir istilik hiss edir. Daha sonra qışqırmağa başlayır. Qabın içindəki sulfat turşusu idi. Halis yenə də səhnədə olur. Amma Bergen bunu görmür...

Bütün qəzetlər Bergenin acı hekayəsindən yazır. Halis həbsə, Bergen İstanbul səhnələrinə yollanır. Qısa müddət görüşmürlər.

Baş verən bu tragediya da eşqlərini bitirmir. Bergen tez-tez Halisi ziyarət etməyə gedir, ona pul aparır. Şöhrəti Türkiyə sərhədlərini aşır. Bülent Ersoy, İbrahim Tatlıseslə səhnəyə çıxır.

Amma yenə də ağlı Halisin yanında qalır. Eyni film yenidən çəkilməyə başlayır. Obrazlar isə dəyişməz olaraq qalır – qısqanclıq, inadçılıq və şiddət... Yenə boşanırlar...

Bir gün anası ilə başqa bir şəhərə gedəndə arxadakı maşın onların önünə keçir. Avtomobildəki Halis olur. Maşından düşüb dalaşmağa başlayırlar. Silah səsi eşidilir. Bergenin ağzına dolan qan, çənəsindən boynuna ağır-ağır axmağa başlayır.

Bergen acılarını da alıb, bu dünyadan köçür. Bacısına aylar öncə aldığı bitki isə həmin gün ilk çiçəyini açır. Bunun bir mənası var idi mi?

 




Paylaş:


Müəllif : Tarix:
21-01-2018, 11:46
  
loading...