X
“Bəxt üzüyü” filminin lent yazısı yox edildi: “Şüşələri sındırırdılar” » Regionxeberleri.com “Bəxt üzüyü” filminin lent yazısı yox edildi: “Şüşələri sındırırdılar” » Regionxeberleri.com

reklam
» » “Bəxt üzüyü” filminin lent yazısı yox edildi: “Şüşələri sındırırdılar”

reklam

“Bəxt üzüyü” filminin lent yazısı yox edildi: “Şüşələri sındırırdılar”

Səhhəti ilə əlaqədar kinodan ayrı düşən xalq artisti, tanınmış aktyor və rejissor Ramiz Əzizbəyli bu gün də ürəyinin kino ilə döyündüyünü deyir.
Regionxeberleri.com bildirir ki, Yenicag.az-a açıqlama verən sənətkar film çəkmək arzusunu dilə gətirib. O, 1991-ci ildə ekranlaşdırdığı “Bəxt üzüyü” filmini də yada salıb, onun kino aləmində bir hadisəyə çevrildiyini deyib:
“Bu gün də filmlər çəkmək istəyirəm, amma səhhətim buna imkan vermir. 1991-ci ildə çəkdiyim “Bəxt üzüyü” filmi bu gün də sevilir. Yadımdadır, filmin Heydər Əliyev Sarayında möhtəşəm prezentasiyası keçirildi. İynə atsaydın, tamaşaçı əlindən yerə düşməzdi. Filmi görmək üçün saraya o qədər böyük axın vardı ki, izdihamın qarşısını almaq mümkün deyildi. Zala daxil olmaq üçün sarayın şüşələrini sındırırdılar. Heyif ki, o prezentasiyanın lent yazısı qalmayıb. Dəfələrlə televiziyaya müraciət etdik, amma tapa bilmədilər. O lent yazısını yox eləyiblər”.
Xalq artisti “Bəxt üzüyü” filminə görə mükafatlar aldığını da bildirib:
“Film yaxşı mənada böyük səs-küy doğurdu, tamaşaçılar tərəfindən qəbul olundu. Bu ekran işinə görə, mükafata da layiq görülmüşəm. “Bəxt üzüyü” Azərbaycanda keçirilən film festivallarından birində tamaşaçı rəğbəti qazanan film nominasiyası üzrə mükafat alıb”.


Paylaş:


Müəllif : Tarix:
27-01-2018, 12:32
  


loading...