reklam
» » Əli Mirəliyev: “Aparıcı xanıma aşiq olsam da, arvadımdan ayrılmayacam”

reklam

Əli Mirəliyev: “Aparıcı xanıma aşiq olsam da, arvadımdan ayrılmayacam”

“Yox e, zarafat edirdik, efirdə şou göstərirdik. Mən axı özüm bunu deməmişəm. Elgiz özü üçün deyib, şou göstərib də. Verilişimin adı da şoudur da. Elə bir şey yoxdur”.
Bu sözləri 68 yaşlı müğənni Əli Mirəliyev aparıcı Rövşanə Ağasəfqızına aşiq olması xəbərinə münasibət bildirərkən deyib.
“Yeni Müsavat”a danışan müğənni bununla belə aparıcıya aşiq olduğunu da etiraf edib: “Bəli, Rövşanə xanım mənim xoşuma gəlir, özü də neçə illərdir tanıyıraım, bir yerdəyik. Ona aşiq olmuşam... Rövşanə mənə deyil, Elgizə söz göndərib ki, ”Belə zarafat etmək olar, hər şeyin öz tərzi var?!" Onu anlamaq olar da, subay qadındır. Mən Rövşanəyə dedim ki, əslində mənə olmaz belə şou, çünki evliyəm, sən isə subaysan, səni sevmək olar, amma məni yox. Qoy mən narazı qalım, etiraz edim. Lakin pensiyamı ona xərclədiyim isə doğru deyil".
Müğənni aparıcıya aşiq olsa da, heç vaxt həyat yoldaşından ayrılmayacağını da açıqlayıb: “Mənim xanımımın qulaqları o qədər belə söhbətlərlə dolub ki. O bilir ki, mən heç vaxt ondan ayrılmayacam. Hər bir xanım öz yoldaşını yaxşı tanıyır”.
Xatırladaq ki, bu günlərdə aparıcı Elgiz Əkbər “Səhər-səhər” verilişində bildirmişdi ki, müğənni  Əli Mirəliyev aparıcı Rövşanə Ağasəfqızına aşiq olub və bütün pensiyasını aparıcıya aldığı şirniyyatlara, güllərə xərcləyir. Əli Mirəliyevin aparıcıya sevgi etiraf etməsi cavabsız qalmayıb. Lent.az-a açıqlama verən R. Ağasəfqızı müğənninin sözlərinə bu cür münasibət bildirib:
“Bəzən insanlar yaşından, cəmiyyətdəki yerindən, mövqeyindən ciddi nəticə çıxarmayaraq yüngül mövqe ifadə edirlər. Biz isə bunun müqabilində etik normaları gözləyərək, təbəssümlə yola verməyə çalışırıq. Lakin unudurlar ki, normalar pozulanda bəzən sərt cavab vermək məcburiyyətində qala bilərik. Mən Əli Mirəliyevə yaşına görə sərt mövqe bildirmirəm. İnanıram ki, mənim bu yanaşmamdan nəticə çıxaracaq və bir daha qeyri-ciddi fikirlər səsləndirməyəcək”.


Paylaş:


Müəllif : Tarix:
5-03-2018, 09:11
  


loading...
Загрузка...