X
Murad Dadaşovdan şok etiraf - "Maşın" realiti-şousuna kimləri çağıracaq? » Regionxeberleri.com Murad Dadaşovdan şok etiraf - "Maşın" realiti-şousuna kimləri çağıracaq? » Regionxeberleri.com

reklam
» » Murad Dadaşovdan şok etiraf - "Maşın" realiti-şousuna kimləri çağıracaq?

reklam

Murad Dadaşovdan şok etiraf - "Maşın" realiti-şousuna kimləri çağıracaq?

May ayında start veriləcəyi gözlənilən "Maşın" realiti-şousunun növbəti buraxılışı digərlərindən fərqli olacaq. Ən azından iştirakçılarına görə.

ATV.az-ın əldə etdiyi məlumata əsasən  Murad Dadaşov bu dəfə  helə bir insanı verilişə  çağıracaq ki, hamı şoka düşəcək.

 MGP (M Group Production) şirkətinin rəhbəri və şounun aparıısı olan Murad Dadaşov ATV.az-a bunları etiraf etdi:

"Bu dəfə istəyirəm uzun illərdir rəğbət bəslədiyim bir xanımı - Monika Beluççini şoumuza dəvət edim.Ümid edirəm ki, arzum həyata keçəcək. Hazırda onunla əlaqə saxlamağa çalışıram".

Qeyd edək ki, ATV.az şounun baş prodüseri və rejissoru olan  Toğrul Məmmədov "Xaricdəyəm və ümumiyyətlə, bu barədə heçnə demək istəmirəm" söyləməklə, ətraflı məlumat verməkdən boyun qaçırtdı.


Paylaş:


Müəllif : Tarix:
1-04-2018, 14:12
  


loading...