reklam
» » “Maşın” nə vaxt start götürəcək? - Murad Dadaşov açıqladı

reklam

“Maşın” nə vaxt start götürəcək? - Murad Dadaşov açıqladı

 
Əməkdar artist Murad Dadaşov “Maşın” şounun başlayacağı tarixi açıqlayıb.

RegionXeberleri.com-un Axşam.az-a istinadən məlumatına görə, o bildirib ki, şou mayın 28-də yayımlanacaq:

“İştirakçıların hamısı bəlli deyil, amma bir qisim hazırdır. 1 aydan çox vaxt var. Şouda gözləmədiyim insanlar olacaq. Çox maraqlı iştirakçılarımız var”.

M.Dadaşov “Davam ya tamam” şousunun yayımının təxirə salındığını deyib:

“İstəyirdik yazda başlayaq, amma qaldı. Yeni televiziya mövsümündən olacaq və hər gün yayımlanacaq. Uduş məbləği isə 50 minə çatacaq”.

Şoumen verilişlərin keyfiyyətindən narazılıq edib və aparıcılara öz tövsiyələrini verib:

“Televiziyadakı verilişlərin əksəriyyətindən razı deyiləm. Etdiyim layihələr reytinq qazanır. Elə başa düşülməsin ki, mən hamıdan yaxşıyam, başqaları yox. Sadəcə, işə bir az məsuliyyətlə yanaşmaq lazımdır”.




Paylaş:


Müəllif : Tarix:
17-04-2018, 20:46
  


loading...