reklam
» » Brilliant Dadaşova ailəsi ilə bağlı ilk dəfə dəhşətli faktları AÇDI: “Atamın başqa qadınla...”

reklam

Brilliant Dadaşova ailəsi ilə bağlı ilk dəfə dəhşətli faktları AÇDI: “Atamın başqa qadınla...”

"Anamın, evimizdən aparmadıqları bir neçə əşyası qalmışdı ki, ona uzun müddət atam toxunmurdu. Qəzadan bir neçə il sonra anamın əşyalarının arasından cəmi bir üzük tapdıq. Brilyant qaşlı, çox dəyərli üzük idi. Təəssüf ki, o üzüyü də satmaq məcburiyyətində qaldıq. Çünki Atam universitetdə riyaziyyat və həndəsəndən dərs deyirdi, maaşa baxırdı. Beş uşaqla tək qalan kişi üçün ailəni dolandırmaq çətin idi".

Bu sözləri Xalq artisti Brilliant Dadaşova Publika.az-a verdiyi müsahibəsində deyib. Sənətçi bizimlə valideynləri haqqında heç yerdə danışmadığı xatirələrini bölüşüb:

- Bu gün bir çox sənət adamları qazandıqları pulları biznesə yatırır, öz işini qurur. Maraqlıdır ki, Brilliant xanım nə vaxtsa özünü biznes-ledi kimi sınamaq istəyər?

- Biznes mənə tamamilə yaddır. Ümumiyyətlə, bilmədiyim işlərə nə vaxtımı, nə də ki, enerjimi itirmək istəyirəm. Azərbaycanda da, Rusiyada da bir çox tanınmış sənət adamları var ki, bizneslə məşğul olublar, amma yürüdə bilməyiblər. Bizneslə məşğul olmaq üçün insandan fərqli bacarıq və düşüncə tələb olunur. Çünki biznes incəsənətdən 180 dərəcə fərqli sahədir.

Bu yaxınlarda Ruhi Əliyevanın “Liatris Holding”inin açılışı oldu. Holdinqin tərkibinə tibbi və səyahət şirkəti “Liatris Travel” də daxildir. "Liatris Travel" 2018-ci ildən başlayaraq Azərbaycanda və dünyanın istənilən ölkəsində tibbi, istirahət və biznes səyahətlərinin təşkilini keyfiyyətli və sərfəli şəkildə həyata keçirir. İl ərzində gərgin iş rejimində çalışan insanların istirahəti üçün münasib tur paketləri təşkil edir. Bir çox uğurlu layihələrə imza atan R.Əliyeva turizm sahəsində də əhaliyə yüksək səviyyədə xidmətlər təklif edir. Odur ki, Ruhi Əliyevanı Azərbaycanın uğurlu iş xanımlarından biri kimi nümunə çəkə bilərəm. Onun uğurlu iş xanımı olması çox sevindirici haldır. O, bir neçə layihələrə imza atıb və çox uğurlu alınıb. Çünki biznes qanunlarını yaxşı bilir. Ruhi sadəcə bizneslə məşğul olmur, eyni zamanda xeyriyyəçi xanım kimi də tanınır. O, sosial layihələrdə və ictimai işlərdə olduqca fəaldır. Tez-tez eşidirik ki, sosial layihələriylə çətin vəziyyətdə yaşayan qadınlara dəstək olur.

- Bir neçə ay əvvəl Ruhi xanımın zərgərlik butikinin reklam çarxında çəkilmişdiniz. Zahiri gözəlliyiniz zinət əşyalarını kölgədə qoymuşdu. Sizcə   qadına zinət əşyalarından savayı parıldamağa və işıq saçmağa nə kömək edir?

- Zinət əşyalarına başqa prizmadan baxıram. Ağlım kəsəndən astrologiya ilə maraqlanıram və ona aid kitablar çox oxumuşam. Astrologiyanın əsl elm olduğuna inanıram.

“Qurani-Kərim”də yazılıb ki, Allah-Təala ulduzları göy üzünə ona görə döşədi ki, sizə yol göstərsin. Ayın güclü cazibə qüvvəsi atmosfer hadisələrinə, Yerin öz oxu ətrafındakı dönmə sürətinə və okeanlardakı qabarma-çəkilmələrə təsir edir. İnsan bədəninin də 80 faizinin sudan ibarət olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, Ayın bütöv və ya hilal olması insanın bədəninə, səhhətinə və ruhuna birbaşa təsir göstərir.

Fikrimcə, insanların doğulduğu bürcə uyğun olaraq elə daşlar var ki, enerjini artırır, insanları pis gözdən, nəzərdən və pis nəfsdən qoruyur. Təsadüfi deyil ki, göz muncuğu da insanı nəzərdən qoruyan daşlar siyahısına daxildir və təsiri böyükdür.

- Daşlar haqqında xanımlara nə məsləhət görərdiniz?

- Müasir dəb xanımlara imkan verir ki, hər kəs öz zövqünə uyğun zinət əşyası seçsin. Xanımlar bilməlidir ki, hansı zərgərlik nümunəsi onları cəlb edirsə, deməli, onlara uğur gətirən zinət əşyası məhz elə o olacaq. Eləcə də onların bahalı və ucuz olması önəmli deyil. Taxdığı bəzək əşyaları xanımlara xoş əhval-ruhiyyə və pozitiv enerji bəxş edirsə, bu, çox gözəl bir haldır. Əslində, bəzək əşyaları öz sahibinin xarakteri, həyat tərzi, vərdişləri, hətta mənəvi dünyası haqqında da çox şey deyir.

- Elə zinət əşyası varmı ki, səhnəyə çıxanda talisman kimi həmişə üstünüzdə gəzdirir və onun sizə uğur gətirdiyinə inanırsınız?

- Belə bir özəl bəzək əşyam yoxdur, talismanım əlbəttə ki, musiqimdir...

Səhnəyə çıxanda estet insanlar sənətçinin taxdığı gözəl zinət əşyaları və geyimlərinə fikir verir. Aydın məsələdir ki, xanımlar həmişə gözəl görünmək istəyir, ələlxüsus cəmiyyətlə tez-tez təmasda olan xanımlar. Mən də estet olduğum üçün səhnədə hər zaman gözəl görünməyə çalışıram. Gözəl zinət əşyaları əhvalımı yaxşılaşdırır. Gözəllikdən aldığım enerjini musiqi ilə birlikdə tamaşaçıya ötürürəm.

Təbii ki, səhnədə olanda mənə tez-tez hədiyyələr təqdim edirlər. İstər-istəməz səmimi qəlbdən verilən hədiyyələri hiss edirsən. Ümumiyyətlə, əgər kimsə sizə hədiyyə veribsə və bu, ürəyinizə pis gəlirsə, onu heç vaxt evinizə aparmayın. Xoşniyyətlə verilməyən hədiyyə ətrafa və sizə də neqativ enerji yayır. Elə hədiyyələr də var ki, işığını, müsbət energetikasını insan ruhu ilə dərhal hiss edir.

Beş il əvvəl Ruhi Əliyevanın verilişində qonaq olmuşdum. Ruhi xanım onda mənə kulon bağışlamışdı. Bildiyiniz kimi, gənc yaşlarımdansəhnələrdəyəm. Əlbəttə ki, bu illər ərzində imkan daxilində özümə ürəyim istəyən bəzi zinət əşyalarını ala bilmişəm. Təbii ki, öz zövqü  ilə aldığım zinət əşyalarım olsa da, Ruhinin hədiyyə etdiyi kulonu demək olar ki, boynumdan çıxartmırdım. Onun müsbət enerjisi hiss edirdim. Çünki o mənə pozitiv insan tərəfindən bağışlanmış hədiyyədir. Bütövlükdə hədiyyənin dəyəri onun ucuz və ya bahalığı ilə ölçülməz, əsas olan insana göstərilən diqqət və bir-birimizə bəxş etdiyimiz hədiyyələrin mənəvi dəyəridir.

Zinət əşyaları haqqında maraqlı bir faktı da qeyd edim. Sovet dövründə zinət əşyalarına maraq göstərənlər meşşan adlandırılırdı. Qır-qızıl taxan xanımlara münasibət mənfi idi. Hətta eşitdiyimə görə, o dövrdə Dövlət Televiziyasında Rübabə Muradovaya, Şövkət Ələkbərovaya və başqalarına zinət əşyaları taxmağa icazə verilmirdi. Təbii ki, bu da o dövrün pərdəarxası ideologiyalarından biri idi. Sovet dövründə məscidlərdən, kilsələrdən tutmuş, insan ruhuna, qəlbinə və mənəviyyatına yaxın olan, pozitivlik verən hər şeyi ovaxtkı hökumət ləğv etmişdi. Bizim də təfəkkürümüz elə bir vaxtda formalaşıb. Buna baxmayaraq, qadınların bərbəzəyə olan məhəbbət və marağının qarşısını heç nə ala bilməyib.

- Brilliant xanım, adınız dünyanın ən qiymətli daşı ilə bağlıdır. Bilmək istərdim ki, siz qiymətli bəzəklərin irsən ötürülməsinə necə baxırsınız? Sizdə beləsi varmı?

- Nənəmizdən bizə üzərində Hacı Zeynalabdin Tağıyevin adı və babam Yusif Dadaşovun imzası yazılan büllur qablar, həmçinin çox gözəl qədimi xalçalar qalmışdı. Onda biz balaca idik, zamanla bəziləri itdi.

Atamın anası, nənəm Xeyransa xanımın fransız brilyantları olub. Əfsuslar olsun ki, onlar bizə qismət olmadı. Çünki atamgil üç qardaş olub, onların da xanımlar və uşaqları var idi. Həmin zinət əşyalarının aqibətindən xəbərimiz olmadı. Atam başqa xasiyyətli insan idi, heç vaxt dünya malında gözü yox idi, öz atasının mal-mülkünə sahib çıxmaq kimi miras iddiaları olmayıb.

- Ananızı vaxtsız itirdiyinizi və bunun sizin üçün həssas mövzu olduğunu bilirəm. Sarı simə toxunmaq istəməzdim... Lakin maraqlıdır ki, ananızdan sizə heç bir zinət əşyası miras qalmayıb?

- Ailəmiz avtomobil qəzasına düşmüşdü, anamız bu qəzada həyatını itirdi. Ailə üzvlərim xəstəxanada müalicə aldıqdan bir müddət sonra evə qayıdanda görürlər ki, şəxsi əşyalarımız anamın bəzi qohumları tərəfindən aparılıb. O əşyaların arasında qutularda gümüş qaşıq-bıçaq dəsti, servis dəstləri, xalçalar və zinət əşyaları var idi. Belə söhbət gəzirdi ki, qohumlarımız atamın başqa qadınla yenidən evlənə və zinət əşyalarını başqasına verə biləcəyini düşünüb. Odur ki, qızılları və digər əşyaları aparmağa qərar veriblər. Bu səbəbdən anamızın zinət əşyaları bizə qismət olmadı. Amma söz vermişdilər ki, biz böyüdükcə xalçaları, zinət əşyaları, gümüş qaşıqları və digər qab-qacaqlarımızı qaytaracaqlar...

Anamın, evimizdən aparmadıqları bir neçə əşyası qalmışdı ki, ona uzun müddət atam toxunmurdu. Qəzadan bir neçə il sonra anamın əşyalarının arasından cəmi bir üzük tapdıq. Brilyant qaşlı, çox dəyərli üzük idi. Təəssüf ki, o üzüyü də satmaq məcburiyyətində qaldıq. Çünki Atam universitetdə riyaziyyat və həndəsəndən dərs deyirdi, maaşa baxırdı. Beş uşaqla tək qalan kişi üçün ailəni dolandırmaq çətin idi. Atamdan danışmışkən, ilk dəfə bir jurnalistlə atamla xatirələrimi bölüşmək istəyirəm.

- Buyurun.

- Dediyim kimi, atam Azərbaycan Dövlət Universitetində (İndiki Bakı Dövlət Universiteti) dərs deyirdi. Tələbələr tərəfindən dəfələrlə qapımıza göndərilən hədiyyələri, rayondan gələn ağzıdolu zənbilləri atam rüşvət adlandırıb geri qaytarırdı. O, deyirdi ki, atası-anası uzaqda olan və Bakıda kirayə qalan tələbələrin payını onların boğazından kəsib, mən övladlarıma yedizdirə bilmərəm. Həmişə danışardı ki, universitetdə bufetə girəndə, uzaq rayonlardan gələn bəzi tələbələrin şirinçayla quru çörək yeməsini görüb məyus olur. Onlar dərslərini bilməsələr də, üç də olsa qiymət yazardı.

- Müəllimlik olduqca şərəfli peşədir. Atanız öz işini və adını hər zaman uca tutub. Allah rəhmət etsin. Təəssüf ki, bu gün belə müəllimlər çox azdır.

- Təəssüf...

- Haqqınızda insanlar hər zaman xoş fikirlər bildirirlər: böyük və əvəzolunmaz sənətkar, gözəl xanım, gözəl ana və s. Cazibədar bədən quruluşuna malik olduğunuz xüsusilə vurğulanır. Bəs Brilliant xanım üçün gözəllik hansı keyfiyyətlərdən ibarətdir?

- Gözəl qalmaq istəyirsənsə, gərək fitnə-fəsad yerlərdən uzaq olasan və intriqalarla qidalanan adamlardan özünü qoruyasan.
- Ailədə həyat yoldaşınızla münasibətlərinizi necə harmoniyada saxlayırsınız?

- Azərbaycan xalqının mədəniyyəti ailə təməlləri üzərində qurulub. Təbii ki, biz də hamı kimi işlərimiz nə qədər çox olsa da, ailəmizə vaxt ayırmağa çalışırıq.

- Elə bir sənətçisiniz ki, məlahətli ifanızı nə qədər dinləsək də, doymaq olmur. Bu yaxınlarda Bakıda və Moskvada solo konsertlərlə çıxış etdiniz. Tamaşaçıların bu konsertlərdən hansı hisslərlə qayıtdığını təsəvvür etmək çətin deyil. Bəs dinləyicilərinizlə görüş sizdə hansı təəssüratlarla yadda qaldı?

- Konsertdə tamaşaçılardan, onların sevincindən, məhəbbətindən və musiqiyə olan sevgisindən aldığım təəssüratı əlbəttə ki, iki kəlmə ilə izah edə bilmərəm. Bu, ayrı bir mövzudur. Amma nə yaxşı ki, musiqi sevən, musiqini dərindən duyan və ruhunu musiqi ilə qidalandıran insanlar var. Və belə düşünürəm ki, musiqi, gözəllik, yaxşı niyyət birlikdə dünyanı xilas edəcək.

Brilliant DadaÅovanın konsertindÉ ANÅLAQ - FOTO/VÄ°DEO

- Sizinlə söhbət etmək çox xoş idi. Bizə vaxt ayırdığınız üçün təşəkkür edirəm.

- Buyurun.


Paylaş:


Müəllif : Tarix:
12-06-2018, 09:57
  


loading...
Загрузка...