X
Mətanətin “Maşın” şou ilə bağlı şok sözlərinə Murad Dadaşovdan SƏRT CAVAB » Regionxeberleri.com Mətanətin “Maşın” şou ilə bağlı şok sözlərinə Murad Dadaşovdan SƏRT CAVAB » Regionxeberleri.com

reklam
» » Mətanətin “Maşın” şou ilə bağlı şok sözlərinə Murad Dadaşovdan SƏRT CAVAB

reklam

Mətanətin “Maşın” şou ilə bağlı şok sözlərinə Murad Dadaşovdan SƏRT CAVAB

Xəbər verdiyimiz kimi, aparıcı Mətanət Əliverdiyeva ATV kanalında yayımlanan “10-dan sonra” proqramının qonağı olarkən “Maşın”da SMS-lərin düzgün hesablanmadığını deyib.
Regionxeberleri.com Publika.az-a istinadən xəbər verir ki, şounun müəllifi Murad Dadaşov bu mövzu ilə bağlı saytımıza açıqlama verməsə də, verilişin dünənki buraxılışında məsələyə üstüörtülü aydınlıq gətirib:
“Maşın” haqqında orada-burada çoxlu söhbətlər gəzir. Bu illər ərzində maşının bir vacib cəhəti var ki, oyun həqiqətən də ədalətlidir. Əgər oyun ədalətli olmasaydı, 16 sürət və hər sürətdə 18 nəfər iştirakçı toplanmazdı. Özü də onların hər biri həyatda uğur qazanmış və özünə hörmət edən tanınmış simalardır. Oyun ədalətsiz getsəydi, hər hansı pozuntular baş versəydi, heç kim ikinci dəfə buraya gəlməzdi. Heç kim oyunu özündən artıq hesab etmir. Murad Dadaşovun hörməti və dəvəti öz yerində, amma heç kim Murad Dadaşovu belə özündən artıq hesab etmir. Hamı özünə arxayındır”.
Xatırladaq ki, M.Əliverdiyeva veriliş haqqında bunları söyləmişdi:
“Orada göndərilən SMS-lərin düzgün hesablanmamasının şahidi oldum. Bilirsiniz ki, mən açıq danışan xanımam”.
Bu zaman “10-dan sonra”nın aparıcısı Yusif Ağayev M.Əliverdiyevanın susması üçün ona göz-qaş edib. Sözügedən kadrlar Atv kanalının yutub kanalında yerləşdirilib, lakin sonradan silinib.


Paylaş:


Müəllif : Tarix:
12-06-2018, 16:23
  


loading...