reklam
» » "Yataqda, gecə paltarında, unitazda fotosunu paylaşır..." - Nadir Qafarzadə

reklam

"Yataqda, gecə paltarında, unitazda fotosunu paylaşır..." - Nadir Qafarzadə

"Sovet adamıyam, köhnələrdənəm. Klassik mahnılar mənim laylam olub. Səhnəyə çıxmazdan əvvəl həyəcan varsa, deməli məsuliyyət də var. O müğənni ki, "həyəcan yoxdur, çıxıb oxuyacağam" deyir, o, məsuliyyətsiz insandır".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Nadir qafarzadə deyib.

İfaçı sosial şəbəkələrdəki paylaşımlarından danışıb. nadir yazdığı tənqidi fikirləri tez-tez silməsinin səbəbini açıqlayıb:

"Yasamal tərəfdə yaşayıram. Qar yağanda çox soyuq olur. Bir-iki günə hər tərəfdə qar əriyəndə, bizdə 10 gün ərimir. Qaz da olmayanda evdə yorğan, döşək, palto nə tapdıqsa geyinirik. Sosial şəbəkə hesabımda da bu səbəbdən yazmışdım. Qaz veriləndən sonra ehtiyac qalmadığı üçün paylaşımı sildim.

Yaradıcı insan musiqi təqdim edəndə baxan olmur. Amma hansı ki, gic bir videonu yerləşdirirlər, ay can, izləyici sayı partladır. Hansısa müğənni yataqda, gecə paltarında, hamamda, unitazda və ya sevgilisi, məşuqu ilə fotosunu paylaşır, hamı da maraqlanır. Sonra da deyirlər ki, müğənni mahnı yazdırmır, başı toylara qarışıb. Ay qardaşım, ay bacım, mən bu ay 7 mahnı təqdim etmişəm dinləmisiniz, xəbəriniz var? Bütün saytlar da paylaşmışdı. Buna baxan 500 nəfərdirsə, tərbiyəsiz müğənnilərin baxış sayı 50-60 min olur. Mən tamaşaçıları qınayıram, deməli onlar üçün qalmaqal, ucuz videolar, fotoşəkillər daha önəmlidir".

N.Qafarzadə bir müddət əvvəl dediyi, "Xanım müğənnilərin çoxu əxlaqsızdır" sözlərinə aydınlıq gətirib. O, bu ifadəsinin arxasında durduğunu, heç bir həmkarının da ona zən getmədiyini söyləyib:

"Belə şeylərlə gündəmdə olmaq istəyən xanım ifaçılar məndən inciməsinlər, düzünü deyirəm. Belə bir misal var, "Soğan yeməmisənsə, niyə göynəyirsən?". Mənə zəng vuran adam da deməli özünü orada görür. Digər tərəfdən də mənə zəng etmək üçün ürək lazımdır".


Paylaş:


Müəllif : Tarix:
1-03-2017, 12:43
  


loading...
Загрузка...