X
Xəstəliklə çarpışan xalq artisti kövrəldi: "Əlacım yoxdur..." » Regionxeberleri.com Xəstəliklə çarpışan xalq artisti kövrəldi: "Əlacım yoxdur..." » Regionxeberleri.com

reklam
» » Xəstəliklə çarpışan xalq artisti kövrəldi: "Əlacım yoxdur..."

reklam

Xəstəliklə çarpışan xalq artisti kövrəldi: "Əlacım yoxdur..."

Uzun müddətdir ki, insult xəstəliyindən əziyyət çəkən xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəyli səhhətindən danışıb.
Regionxeberleri.com bildirir ki, Yenicag.az-a açıqlama verən aktyor havaların isti keçməsinə görə əziyyət çəkdiyini deyib: “İsti hava səhhətimə mənfi təsir edir. Məlum səbəblər üzündən işıqlar iki gün keçdi, dözülməz oldu. Bir yandan nəfəs almaq mümkünsüz idi, bir yandan da televizora baxa bilmədim. Xəstə olduğum müddətdə vaxtımı televizora baxmaqla keçirirəm. Çünki, başqa əlacım yoxdur, yaradıcı adam üçün dörd divar arasında çox çətindir”.
Xalq artisti son vaxtlar diqqət çəkən, açıq-saçıq kadrlarla bol olan kommersiya filmlərinə də münasibət bildirib. O, vaxtilə özünün ekranlaşdırdığı “Bəxt üzüyü” filmini də xatırladıb:
“Mentalitetimiz filmlərdə açıq-saçıqlığı qəbul etmir. Bəzən həddi aşırlar. “Bəxt üzüyü” filmində müəyyən kadrlar vardı, məsələn, Moşu ilə Sedanın otaqda dialoqu. Burada da çalışdım açıq-saçıqlıq, bayağılıq olmasın. Yeni film çəksəm, bu ənənəmə sadiq qalacam, aktrisaları abırlı tərzdə təqdim edəcəm”.


Paylaş:


Müəllif : Tarix:
6-07-2018, 15:36
  


loading...