reklam
» » ATV-yə xəbərdarlıq - Efirdə ədəbsiz sözlər işlədilib

reklam

ATV-yə xəbərdarlıq - Efirdə ədəbsiz sözlər işlədilib

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Regionxeberleri.com xəbər verir ki, MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədovun APA-ya verdiyi məlumata görə, iclasda ATV telekanalı tərəfindən "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib. O qeyd edib ki, ATV telekanalında həftə içi saat 10.00-12.00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi "10-dan sonra” verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə "Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq elan olunub.


Paylaş:


Müəllif : Tarix:
10-07-2018, 17:46
  


loading...
Загрузка...