reklam
» » “Onlar Nazpərinin düşmənləridir” - Açıqlama

reklam

“Onlar Nazpərinin düşmənləridir” - Açıqlama

Ötən gün xalq artisti Nazpəri Dostəliyevanın fəlsəfə doktoru elmi adını alması müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, sənətçinin elmi dərəcə alması sosial şəbəkələrdə də tənqid edilib, Dostəliyevanın alim olması birmənalı qarşılanmayıb.

Xalq artisti bundan sonra instaqramda fəlsəfə doktoru olmasını sübuta yetirən sənədin fotosunu silib.

“Qafqazinfo” mövzu ilə bağlı xalq artisti ilə əlaqə saxlamağa çalışsa da, sənətçiyə zəng çatmayıb. Buna səbəb isə ifaçının ailəsi ilə birgə xarici ölkədə istirahət etməsidir.

Amma müğənninin köməkçisi N. Dostəliyevanı tənqid edənlərə cavab verib: “Burada qəbahət nə var? Nazpəri xanım 10 ildərn artıqdır ki, Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi fəaliyyət göstərir. İki ildən çox bir zamanda alimlik dərəcəsini almaq üçün çalışıb. O, şirvanlı müğənnidir, aşıq ailəsində böyüyüb. Müdafiə işi də saz sənəti ilə bağlıdır. Saz sənəti barədə onun elmi iş yazması normal bir şeydir.

Müğənnilərdən Nüşabə Ələsgərli, Lalə Məmmədova da elmi dərəcə alıb. Xalq artistidir, burada şişirdiləsi nə var?  Tənqid edənlər Nazpəri xanımı istəməyənlərdir, düşmənlərdir. Dost olan şəxslər belə etməz.  Fotonu silməsinə səbəb isə güman ki, yazan boşboğazlara cavab verməmək istəyidir.   İnsan sevincini paylaşır, amma ağızlarına gələni yazırlar”.


 


Paylaş:


Müəllif : Tarix:
19-07-2018, 13:29
  


loading...
Загрузка...