Modern.az xəbər verir ki, dünən Bakı vaxtı ilə saat 17:00-da Rusiyanın "Birinci” kanalında efirə gedən "Ya moqu!” yarışmasında çıxış edən "Azeri Brothers” ("Azəri Qardaşları”) zalda oturan hər kəsin alqışını qazanıblar.
Qeyd edim ki, Azərbaycanlı pəhləvanların çox nömrəsi ekspertlər tərəfindən efir üçün təhlükəli olduğu bildirilir və efirə getmir. Qorxulu olduğunu və təkrarlanmasını həyat üçün təhlükəli olduğunu nəzərə alan Rusiya televiziyası göstərilən nömrələrdən ikisini efirə verməyib. Qeyd edim ki, Azərbaycanlı pəhləvanlar bu cür anoloji hallarla tez-tez rastlaşır. Bundan əvvəl iştirak etdikləri Amerika,Ukrayna,Gürcüstan,İtaliya proqramlarında da pəhləvanların qorxulu nömrələri efirə getməyib. Efire getməyən Huseyn pəhləvana aid olub, belə ki,o yerdə uzanmış formada boğazına qoyulmuş kəsici və deşici alət sayılan lapatka (bel) üzərinə 65 kiloluq adamı vaxtla saxlayaraq mismara uzanmış formada qarnına qoyulmuş yabada 90 kiloya yaxın adamı 30 saniyə saxlamaqla rekorda imza atıb.Laçın bir, Huseyn iki sertifikatla təltif olunublar çıxışdan sonra. Xatırladım ki, "Azeri Brother" qrupu bundan əvvəl ölkəmizi Amerika, Gürcüstan,Ukrayna,İtaliya,Türkiyə ,Kolumbiya kimi ölkələrdə də temsil ediblər.Hal-hazırda daha bir neçə ölkədən dəvət var.