Həftəiçi hər gün, saat 21:00-da, ATV kanalında nümayiş olunan “Təhminə və Zaur” serialının yeni fraqmenti yayılıb. Həmçinin ekran işində Spartak rolunu canlandıran məşhur aktyor Cavidan Novruz instaqramda serialın kadrarxası intim görüntülərini paylaşaraq növbəti bölümdə şok olaylar yaşanacağını xəbər verib. O, paylaşdığı videoya “Hələ nələr olacaq, nələr… Spartak çox təhlükəlidir, bunu biləsiniz”, – deyə qeyd edib.

Serial xalq yazıçısı Anarın məşhur romanının motivləri əsasında çəkilir. Baş qəhramanlar Zaur və Təhminənin dramatik həyatından bəhs edir.

Ekran işində Cövdət Şükürov, Natavan Ələkbərova, Cavidan Novruz və başqaları çəkilir.