reklam
» » “Məndən qorxun …” – Nuradan həmkarlarına

reklam

“Məndən qorxun …” – Nuradan həmkarlarına

“Haqqımda elə sözlər danışırlar ki, axmaq şou nümayəndələri siyahısından bəziləri – özümü Hitler kimi güclü və əzazil hiss edirəm. Mən necə də pis insan imişəm. Deməli, kiməsə yaxşılıq etdikcə, o insanlarda mənə qarşı qıcıq yaranırmış. Mənim köməkliyim ilə qalxan insanlar arxamda məni gözdən salmaq üçün özlərində olan bütün əclaflıqları sözdə mənim ayağıma yazırmışlar”.

Bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi şou-biznes nümayəndələrinin onun arxasınca danışmasından gileylənib:

“Onsuz da həyat sizə etdiklərinizin min əvəzini verəcək. Buna əmin olun. İnşallah o günü mən də görəcəyəm və kənardan baxıb gülümsəyəcəyəm. O ki, qaldı mənim pis insan olmağıma, elədirsə, məndən qorxun və adımı hallandırmayın. Yerin də qulağı var.

Sizin kimi olmayanları qəbul etmək mümkünsüzdür, bunu bilirəm. Özünüz bütün pisliklərə qadirsiniz və əmin olsaydınız ki, mən də eləyəm, qorxub danışmazdınız. Arxamca danışırsız, unutmayın. Birinizin deməyə sözü olsaydı, çoxdan çıxıb üzümə deyərdiniz. Mən səbrlə sizin danışdığınız şər və böhtan bataqlığında boğulmağınızı gözləyirəm. Haradan çıxmısınız, elə ora da dönəcəksiniz. Sizə inananlar da, elə sizin tayınızdır. Əslində, mənə görə bağışlanmayan günahı daşımaq çox ağır cəzadır”.


Paylaş:


Müəllif : Tarix:
7-10-2018, 22:24
  


loading...
Загрузка...