reklam
» » "Amaliya Pənahovanın yerinə heç kəs təyin olunmayıb"

reklam

"Amaliya Pənahovanın yerinə heç kəs təyin olunmayıb"

Bakı Bələdiyyə Teatrının sabiq direktoru, mərhum Amaliya Pənahovanın yerinə heç kəs təyin olunmayıb.
Regionxeberleri.com bildirir ki, bu barədə AzNews.az-a teatrın aktyoru Aydın Əliyev məlumat verib. Onun sözlərinə görə, Amaliya Pənahovanın həyat yoldaşı Yusif Muxtarovun vəfatından sonra qızı Aynur Muxtarova teatra sərəncamçı direktor təyin edilib:

“O vaxtdan bu günə kimi Aynur xanım bizim teatrda işləyir. Amaliya xanımın minbir əziyyətlə qurduğu teatr işləməlidir. Amaliya xanımın övladları da Bakı Bələdiyyə Teatrının yaşayacağını bildiriblər”.

Qeyd edək ki, “unikal.org” saytı mərhum Amaliya Pənahovanın ölümündən sonra, onun qızı Aynur Talıbovanın Bakı Bələdiyyə Teatrına direktor təyin olunduğunu bildirib.


Paylaş:


Müəllif : Tarix:
19-11-2018, 15:47
  


loading...
Загрузка...