reklam
» » Demet əri ilə barışma səbəbini açıqladı

reklam

Demet əri ilə barışma səbəbini açıqladı

Müğənni Demet Akalın boşandığı həyat yoldaşı Okan Kurtla barışmasının səbəbini açıqlayıb.

Sənətçi sosial şəbəkə vasitəsilə onu qınayanların cavabını belə verib:

“İki yaş yarımımdan atasız qaldım. Həyat mənim üçün həmişə mübarizə və hər zaman tərif hissi ilə keçdi. Anama olan sevgim, ona söz gəlməməsi qorxusundan... Atasız keçən illərdə qonşu uşaqlarının axşam evə gələn ataları mənim ürəyimdə böyük dərd oldu. İndi Hiranı ata sevgisindən məhrum etməmək üçün iki aydır üzünü belə görmək istəmədiyim keçmiş ərimdən “ümid”i kəsmədiyimə görə eşitmədiyim təhqir qalmadı. Hiranın barışıq videosuna qurama deyən vicdansızlar belə oldu. Yazan yazdı, cızan cızdı, amma mənim səmimiyyətimi xalqımın ürəyindən ala bilmədilər”.


Paylaş:


Müəllif : Tarix:
4-12-2018, 20:24
  


loading...
Загрузка...