Xalq artistlərini işdən çıxardılar - QALMAQAL
"Doğma teatrımızın 90 illiyində bizə hədiyyəsi budurmu?”
“Gənc Tamaşaçılar Teatrının yaşlı aktyorları işdən çıxarılır”.
Regionxeberleri.com bildirir ki, bu barədə AzNews.az-a teatrın aktyoru, xalq artisti Yasin Qarayev məlumat verib.
O, bildirib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni təyin olunan direktoru Naidə İsmayılzadə bu barədə göstəriş verib: “Artıq xalq artistləri Ağaxan Salmanlının, Lətifə Əliyevanın, Əməkdar artistlər Atabala Səfərovin, Rahib Əliyev və başqalarının ərizələri alınıb. Yalnız Mənimlə Xalq artisi Tariyel Qasımov etiraz edib işdən çıxmaq ərizəsinə qol çəkməmişik. ”
Xalq artisti bildirib ki, işdən çıxmaq səbəbi kimi yaş senzi göstərilib: “Bizə deyirlər ki, gəl, öz xahişinlə işdən çıxmağınla bağlı ərizə yaz. Mən də deyirəm ki, işdən çıxarırsınıza, onda ərizəmizdə qeyd edin ki, yaşı 70-i keçib, ona görə çıxarırıq. Bunu da yazmırlar. Guya Əmək Məcəlləsində belə bir maddə var ki, 65 yaşdan sonra işləmək olmaz. Axı biz fabrik-zavodda fəaliyyət göstərmirik, incəsənət sahəsində çalışırıq. Bizim oynadığımız tamaşalar var, onlar necə olacaq? Teatrda yaşlı nənə-baba rollarını kim oynayacaq? Guya biz Rusiya teatrlarından, Stanislavski məktəbindən nümunə götürür, onların yolu ilə işləyirik. Axı onlarda Etuş, Yuriski, Zaxarov, Şirvind və.s kimi 80-90-95 yaşlı teatr və kino xadimləri teatrdan çıxarılmır, qalıb işləyir, maaş alırlar? Bizim doğma teatrımızın 90 illiyində bizə hədiyyəsi budurmu?”
Yasin Qarayev məsələ ilə bağlı əlaqədar qurumlara məktub yazdıqlarını da bildirib: “Ümid edirik ki, problemimiz qısa müddətdə aradan qaldırılacaq.”
Paylaş:
Müəllif : Jurnalist
Tarix:10-01-2019, 15:27
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Jurnalist
Tarix:10-01-2019, 15:27

Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 13:14
Bu gün, 13:06
Bu gün, 11:14
Bu gün, 09:17
Dünən, 14:19
Dünən, 13:08

Paşinyanın arvadı və müdafiə naziri hansı gizli klubun üzvləridir?! - RUSİYALI HƏRBİ EKSPERTDƏN SENSASİON IDDİA

"Müxalifət xalqı aldatmaq və onlardan istifadə etmək üçün bu addımı atır" - Siyavuş Novruzov

İcra başçısının müavini bağça müdirəsinin evini banka girov qoydurub - Sumqayıtdan ŞİKAYƏT

“Niyə Qarabağ məsələsi Qarabağ Komitəsindəki adamların inhisarında olmalıdır?” - QALMAQAL

Təhsil nazirliyi nə səbəbə Goranboy Rayon Təhsil Şöbəsinin qarşısında aciz qalıb?- ŞİKAYƏT

“Mənim banka borcum yoxdu, sadəcə kredit götürən dostuma zamin durmuşam” - FHN generalı DANIŞDI
Saytı bəyənirsinizmi?