reklam
» » AzTV-nin Bədii Şura üzvü: “Toy mahnılarına nəzarət artırılmalıdır”

reklam

AzTV-nin Bədii Şura üzvü: “Toy mahnılarına nəzarət artırılmalıdır”

“Dövlət televiziyasının bu addımını yalnız alqışlaya bilərəm”.

Regionxeberleri.com bildirir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib:

Qeyd edək ki, ötən gün AzTv-nin nəzdində Bədii Şura yaradıldı ki, bundan efirə çıxmaq istəyən  sənət adamları və yayımlanası proqramlar məhz onun razılığından sonra bu istəklərinə çata biləcəklər. Bədii Şuranın bir üzvü də Xalq artisti Mənsum İbrahimovdur.

O, Moderator.az-a açıqlamasında bu addımı çox yüksək və düşünülmüş qərar olduğunu bildirib:  
“Bu gün televiziya məkanında olan proseslər hamını, bütün cəmiyyəti narahat edir.  Dövlət televiziyası belə bir addım atdı. Mən bu addımı yalnız alqışlaya bilərəm. Məni də bu şuraya dəvət etdiklərinə görə, təşəkkürümü bildirirəm. Bu gün ilk iclasımız oldu. Məqsəd odur ki, televiziyada gedən bu prosesləri izləmək, yaxşılaşdırmaq, problemləri aradan qaldırmaqdır. Bu gün cəmiyyətdə çox böyük narazılıqlar var. Televiziya cəmiyyətimizin aynasıdır. İnanıram ki, digər kanallarımızda da belə şura yaradılacaq. Mən hesab edirəm ki, bu tənzimlənməlidir. Buna senzura deməzdim, amma yaxşı mənada Bədii Şuradır. Yaradıcılıq baxımından nəzarət olunmalıdır ki, layiqli insanlar orada təmsil olunsun. Ona görə də mən bunu yalnız alqışlaya bilərəm. Hesab edirəm ki, getdikcə də digər kanallarımızda da öz əksini tapacaq və yaxşılığa doğru işlər görüləcək.

Əslində, bu iş cəmiyyətimizin çoxdan gözlədiyi bir işdir. Sovet dövründə biraz başqa formada olub, yəni  qadağalı... Amma hazırda sırf yaradıcılıq baxımından çox alqışa layiqdir.  Son vaxtlar bilirsiniz, yalnız toy mahnıları yazılır. Ciddi bir əsər yoxdur. Artıq buna nəzarəti artıracağıq. Bəstəkar mahnılarına yer verəcəyik. Ona görə də hesab edirəm ki, yaradıcılığa diqqət yetirilməlidir. Yaxşı mənada inkişaf olmalıdır. Bu, vaxtında atılmış addımdır. Onu da deyim ki, Azərbaycan dövlət televiziyasında heç vaxt acınacaqlı vəziyyətdə olmayıb. Ənənəsinə hər zaman sadiq qalıb. Hər kəsin ailəliklə rahat oturub baxacağı televiziya Aztv olub. Yenə də bir az yeniliklər, canlılıqlar lazımdır.  Yaxşı mənada rəqabət etmək lazımdır. Canlı verilişlərin sayını çoxaltmaq lazımdır. Tok-şouların, cəmiyyəti narahat edən məsələləri cəmiyyətin müxtəlif ziyalılarıını dəvət edib orada diskussiyalar təşkil etmək lazımdır. Bəzən təəssüf ki,  efirdə ailəsi olmayan çıxıb ailədən danışır. Yəni cəmiyyətdə nümunəvi insanlar məsləhət görməlidir. Özü cəmiyyətə nümunə olan insanlar, söz demək hüququ qazanmış insanlar məsləhət verməlidir. Yəni yersiz söz-söhbətlər, dedi-qodular efirdən yığışdırılmalıdır”.

 Qeyd edək  ki, fevralın 6-da “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb.

Bədii Şuranın yaradılmasında məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi, (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir) bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasına xidmət edir.

Bədii Şurada müğənni, xalq artisti Mübariz Tağıyev, Milli Konservatoriyanın rektoru, professor, xalq artisti Siyavuş Kərimi, bəstəkar, xalq artisti Faiq Sücəddinov, xanəndə, xalq artisti Mənsum İbrahimov, şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi Ceyran Mahmudova, müğənni, xalq artisti Fidan Hacıyeva, dizayner-modelyer, xalq artisti Fəxriyyə Xələfova, rəqqasə, xalq artisti Təranə Muradova, tarzən, xalq artisti Ramiz Quliyev təmsil olunacaqlar.


Paylaş:


Müəllif : Tarix:
8-02-2019, 09:23
  




loading...
Загрузка...