reklam
» » “Eurovision-2017”nin qalibi məlum oldu — VİDEO

reklam

“Eurovision-2017”nin qalibi məlum oldu — VİDEO

Portuqaliya qalib oldu. İkinci yerdə isə Bolqaristan tutdu. Üçüncü pillədə isə Moldova qərarlaşdı.

Azərbaycan isə yarışmanı 14-cü yerdə bitirdi.

***

 Final mərhələsində 26 ölkə təmsilçisi iştirak edir. Yarışmanın birinci yarımfinalında finala vəsiqə qazanan Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr, Belçika və Ermənistandır. İkinci yarımfinalda isə İsrail, Niderland, Macarıstan, Danimarka, Rumıniya, Norveç, Avstriya, Belarus, Xorvatiya və Bolqarıstan iştirakçıları finala vəsiqə qazanıblar.

Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Ukrayna və  “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

Beləliklə də “Eurovision-2017” mahnı müsabiqəsinin finalında İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa iştirakçıları mübarizə aparacaqlar.

Xatırladaq ki, 62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib. Birinci yarımfinal mayın 9-da keçirilib. İkinci yarımfinal isə mayın 11-də keçirilib. Yarımfinallarda vəsiqə qazanan 20 ölkənin nümayəndəsi bu gün finalda mübarizə aparacaq.
 
 Xatırladaq ki, Azərbaycanı “Eurovision-2017” mahnı müsabiqəsində “Skeletons" mahnısı  ilə təmsil edən Diana Hacıyeva mayın 9-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək.  
 
 

 



Şərh yaz


Paylaş:


Müəllif : Tarix:
14-05-2017, 10:19
  


loading...
Загрузка...