reklam
» » "Suraxanı Bazarı"nda divident qalmaqalı - İş məhkəməlik oldu

"Suraxanı Bazarı"nda divident qalmaqalı - İş məhkəməlik oldu

"Suraxanı Bazarı" ASC məhkəməyə verilib. "Report" xəbər verir ki, bazarı məhkəməyə onun səhmdarı verib.
Belə ki, Səbirə Əsgər qızı Məmmədova "Suraxanı Bazarı"nın səhmdar cəmiyyət kimi fəaliyyət göstərdiyi 16 il ərzində divident ödəmədiyinə görə, müflis elan edilməsi haqqında iddia ərazəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddiaya yanvarın 27-də, hakim İntizar Bayramovanın sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, "Suraxanı Bazarı" ASC 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42 848 manatdır.


Paylaş:


Müəllif : Tarix:
10-01-2017, 10:23
  
loading...