reklam
» » BİR MƏKTƏB DİREKTORUNUN BƏDBƏXT SONLUĞU

reklam

BİR MƏKTƏB DİREKTORUNUN BƏDBƏXT SONLUĞU- yoxsa ÖLKƏ TƏHSİLİNİN FACİƏSİ?

MƏKTƏB BİNASININ VƏZİYYƏTİ...

Bakı şəhəri, Xətai rayonunda yerləşən Zaur Məmmədov adına 171 saylı tam orta məktəb 1979-cu ildə tikilib. Postsovet məkanında 3 ən böyük məktəbdən biridir. Məktəb 3 və 5 mərtəbəli olmaqla 2 tədris korpusundan, 1 mərtəbli olmaqla 8 blokdan, böyük və kiçik akt zalından, yeməkxanadan, kitabxanadan, 2 idman zalından, tir zalından ibarətdir. Həyətyanı sahəsi 7 hektara yaxındır. Məktəbin həyətində süni örtüklü futbol meydançası var. 2008-ci ildə əsaslı təmir olunmuşdur. Böyük və kiçik akt zalı, yeməkxana, kitabxana 2014-cü ildə əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Lakin rəsmən “əsaslı təmir edilən” bu məktəbin belə qısa müddətdə belə bərbad hala düşməsinin səbəbi ancaq və ancaq korrupsiya ola bilərdi.


 
APA TV direktor Telman Qardaşovun ölümündən düz 2 ay əvvəl “Bakıda Milli Qəhrəmanın adını daşıyan məktəb uçulur” adlı videoreportaj hazırlamışdır. Reportajda məktəbin əsas binasında səliqə-sahman hökm sürdüyü, şagirdlərin dərsə davamiyyətinin isə yüksək səviyyədə olduğu qeyd və təsvir edilir. Reportajda jurnalsitləri təhsil ocağının qəzalı korpusları ilə məktəbin direktoru Telman Qardaşov tanış etdiyi, sinif otaqlarının tavanları uçuq, divarları ikiyə bölünmüş, pəncərə və qapıları isə demək olar ki, taybatay olması təsvir edilir. Məktəbin direktoru artıq iki korpuslu məktəbin qəzalı vəziyyətdə olan bir korpusundan şagirdlərin digərinə köçürüldüyünü qeyd edir. Onun sözlərinə görə, məktəbdə dərslər növbəli sistemdə aparılır. Daha sonra direktor qeyd edir: "Məktəbin korpusları qəzalı vəziyyətdədir. Qəzalı korpuslar artıq məktəbdən təcrid olunub. Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən, qəzalı vəziyyət elan olunduğundan orda tədris prosesi tamamilə dayandırılıb. Bu barədə ötən tədris ilində müvafiq instansiyalara, o cümlədən Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat verilib. Dövlət qurumları qarşısında bu məsələ qaldırılıb və məktəbin artıq yeni layihəsi hazırlanıb. Dəfələrlə Təhsil Nazirliyinin müvafiq şəxsləri bu təhsil ocağında olub, dövlət tərəfindən artıq vəsait ayrılıb. Yaxın bir həftə, yaxud on gün ərzində sözügedən korpusların bərpası istiqamətində işlərə başlanacaq. Hesab edirəm ki, yeni tədris ili üçün məktəb tamamilə yeni forma alacaq. Hazırda şagirdlərin hamısı əsas korpusdadır. Məktəb ikinövbəli fəaliyyət göstərir. Bu da təhsilin keyfiyyətinə, həm də valideynlərin iş qrafikinə öz mənfi təsirini göstərir. Sevindirici haldır ki, müraciətimizə aidiyyəti qurumlar biganə yanaşmadı. Hazırda məktəbin başqa yerə köçürülməsi istiqamətində danışıqlar aparılır. Yaxın gələcəkdə məktəbin təmiri nəzərdə tutulub. Təmir olan yerdə şagirdlərin təhlükəsizliyi üçün onlar daha təhlükəsiz zonalara köçürüləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu istiqamətdə müvafiq işlər aparır".

Reportajda, məktəbin qəzalı halda olan  korpusları ilə bağlı məsələyə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin də münasibəti də özünə yer alır. BŞTİ-in münasibətində bildirilir ki, “Bakıda qəzalı vəziyyətdə olan bir neçə orta məktəb binası var. Ən ciddi vəziyyət 171 saylı məktəbdə müşahidə olunur. 171 saylı orta məktəbdə təhlükəsizliyin təmin olunması məqsədilə qəzalı vəziyyətdə olan korpusda təhsil alan şagirdlər istiliklə tam təmin olunan əsas korpusa köçürülərək ikinci növbədə yerləşdirilib. Qəzalı vəziyyətdə olan məktəblərin siyahısı həm Təhsil Nazirliyinə, həm də Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunub. İdarə bununla bağlı müvafiq təşkilatlar qarşısında məsələ qaldırıb".

Göründüyü kimi ATV-nin “Yoxlama” verilişindən cəmi bir ay əvvəl məktəbin ölkədə ən böyük təhsil ocağı olması, Bakı şəhərində ən acınacaqlı və qəzalı vəziyyətdə olan məktəblərdən olması və yaxın gələcəkdə əsaslı təmir olunacağı və yeni tədris ilində tam istifadəyə veriləcəyi məktəb direktoru və təhsil idarəsi tərəfindən rəsmən APA informasiya agentliyinə bildirilir.

Məktəbin binası barəsindədə hamıya aydın olan, dövlət orqanları tərəfindən etiraf edilən və artıq həlli istiqamətində addımlar atılan bu faktın ATV tərəfindən xüsusi bir hal kimi ölkə ictimaiyyətinə çatdırılması verilişin sifarişli çəkildiyinə şübhə qoymur. Bu məsələ barəsində Təhsil Nazirliyinin rəsmi mövqe bildirməməsi, BŞTİ-nin mətbuat xidmətinin açıqlamasından dolayısı ilə televiziyaya haqq qazandırmasını da buna əlavə etsək məsələ tam aydın olacaq.  ATV kanalnın rəsmi məlumatıda TN, BŞTİ tərəfindən onlara etiraz edilməməsi, Milli Televizya və Radio Şurasının sözü gedən verilişin qanundan kənar bir iş görmədiyini qeyd etməsi isə məsələyə nöqtəni qoyur. Bu verilişin efirə getməsi ərəfəsində KİV vasitələrində mərhum direktorun və qohumlarının etnik separatizmdə ittiham olunması barəsində isə danışmağa belə dəyməz. Məktəb binasındakı təmirin və binasındakı avadanlıqların mərhum direktorun ora təyin olunduğu son bir ildə sıradan çıxmamasını da bu faktlara əlavə etmək olar.

Məktəbin iki idman zalından biri məktəbdən alınaraq icarəyə verilmişdir və bu hal indi də davam edir. Hətta məktəbin ərazisində yerləşən uzgüçülük hovuzu da hazırda kimlərsə şəxsi məqsədləri üçün istifadə edirlər. Bu dəhşətli faktlarla rastlaşan və yeni təyin olunan məktəb direktoru bunlara dözməmiş və məsələni icra hakimiyyəti və təhsil idarəetmə orqanları qarşısında dəfələrlə qaldırmışdır. Görünür cinayətkar məmurların xoşuna gəlməmiş və onlar direktoru cəzalandırmaq qərarına gəlmişlər.

MƏKTƏBİN TƏHSİL HƏYATI…

171 saylı tam orta məktəb 2009-2010-cu tədris ilində Prezident İlham Əliyevin sərəncamı ilə "İlin Ən yaxşı 50 məktəbi" müsabiqəsində qalib olmuşdur. Məktəbimizin 3 müəllimi "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibidir. 2 məzunu "Qızıl medalla" bitirmiş və ali məktəbə yüksək balla qəbul olunmuşdur. Respublikası Təhsil Nazirinin 08 iyun 2015-ci il tarixli 644 nömrəli "Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi və pilot müəssisələrin 2015 - 2016 - cı dərs ili üçün tədris planlarının təsdiqi haqqında" əmrinə müvafiq olaraq məktəb pilot təhsil müəssisəsi kimi təsdiq edilmişdir.

 MƏKTƏB DİREKTORU KİMDİR?


Ucqar və dağlıq Lerik rayonu Bilabənd kəndində doğulan Telman Qardaşov Azərbaycan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitimişdir. Aspiranturanı bitirməklə riyazi kibernetika üzrə fizika-riayaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Dərin neft və qaz yataqları problemləri institutunda baş lobarant, mühəndis, böyük mühəndis, kişik elmi işçi, elmi işçi işləmişdir. Sonralar Bakı Dövlət Universitetinin riyazi modelləşdirmə və və avtomatlaşdırılmış sistemlər elmi – tədqiqat lobaratoriyasında kişik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi işləmişdir. Daha sonra Bakı şəhəri, Suraxanı rayonu 275 saylı orta ümumtəhsil məktəbinə direktor təyin olunmuş və  Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Bir il əvvəl isə Bakı şəhəri, Xətai rayonunda yerləşən Zaur Məmmədov adına 171 saylı tam orta məktəbə direktor təyin olunmuşdur.

O, İsrail , Fransa , Albaniya, ABŞ, UNİCEF və Xəzər Universitetinin təşkil etdiyi müxtəlif kurslrada iştirak etmiş və müvafiq sertifikatlar almışdır.
Təhsil Nazirliyinin təşkil etdiyi seminarlarda “ Təhsil sistemində monitorinq və qiymətləndirmə”, “Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin və nəticələrinin qiymətləndirilməsi metodları” mövzusunda mühazirələr oxumuş və Nazirliyinin respublika üzrə keçirdiyi pedaqoji müsabiqələrində diplom qazanmışdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin şəhər üzrə keçirdiyi “Dövlətin təhsil siyasətinin əsas prinsipləri ili”, “Müasir şəraitdə təhsilin humanistləşdirilməsi yolu ilə təlim-tərbiyə prosesinin və təhsilin idarə olunmasının təkmilləşdirilməsi ili”, “Təhsilin humanistləşdirilməsi baxımından təlim-tərbiyə prosesinin diferensiallaşdırılması və fərdiləşdirilməsi ili”, “Fənn proqramları”, “Təhsilin humanistləşdirilməsi və uşaq hüquqları ili, “İlin yaradıcı fəaliyyəti ilə fərqlənən ən yaxşı təlim-tərbiyə müəssisəsi”, “Təhsildə keyfiyyət ili”, “Təhsilin keyfiyyətinin ən səmərəli qiymətləndirilməsi mexanizmi”, “Müasir təlim metodlarının tətbiqinə dair ən yaxşı metodik tövsiyyə”, “İlin yaradıcı fəaliyyəti ilə fərqlənən ən yaxşı təlim-tərbiyə müəssisəsi” adlı müsabiqələrində də yer qazanmışdır.

Azərbaycan və ölkə xaricində bir sıra jurnallarda “Təlim –tərbiyə prosesinin və nəticələrinin qiymətləndirilməsi islahatın mühüm amili kimi”, “Təmayüllü lisey sinifləri təlim təlim –tərbiyə prosesinin diferensiallaşdırılması vasitəsi kimi”, “Təhsildə monitorinq sistemi və onun növləri”, “Çoxprofilli ümümtəhsil məktəb layihəsinin modeli”, “Ümumtəhsil məktəblərində şagirdlərin təlim nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi” və sair məqalələri çap edilmişdir.

Ən əsası isə Telman Qardaşov Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun qrifi ilə çap olunan “Təhsil sistemində monitorinq və qiymətləndirmə” adlı 450 səhifəyə yaxın ciddi və iri həcmli bir monoqrafiyanın həmmüəllifidir.

 
ATV KANALİZASİYASININ “YOXLAMA” UNİTAZI…


Təhsil naziri Mikayıl Cabarovun “Təhsil Nazirliyinin vahid informasiya siyasətinin təmin olunması”  barəsində 27 dekabr 2013-cü il tarixli 937 saylı əmri var. Həmin əmrdə deyilir: “Təhsil Nazirliyinin bütün struktur bölmələri və tabeliyindəki qurumlar tərəfindən kütləvi informasiya vasitələri ilə əlaqələr və ictimaiyyətə məlumatların verilməsi yalnız Nazirliyin  İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoru  vasitəsi və ya razılığı ilə həyata keçirilsin”. Yəni bu əmrə əsasən məktəb direktoru yalnız və yalnız Təhsil Nazirliyinin informasiya şöbəsinin razılığı ilə jurnalistləri məktəbə buraxa bilər. Direktor nəinki jurnalistləri nazirliyin razılığı olmadan məktəbə buraxa bilməz, hətta jurnalistlərə məktəb barədə müsahibə belə verə bilməz. Mərhum direktor da məhz bu səbəbdən jurnalistləri məktəbə buraxmaq istəmir. Necə ki Bakı şəhər 230 saylı məktəbin direktoru hətta məktəbdən kənarda, məktəb barəsində olmayan müsahibəni verdiyi üçün ona BŞTİ tərəfindən töhmət verildi. Nazirin müvafiq əmrini icra edən mərhum direktora bu əmri verən nazir niyə sahib çıxmır? Lakin adi müsahibə verən 230 saylı məktəbin direktoruna töhmət verilir və sonda işdən azad edilir? ATV-nin məlum verilişində bir-neçə məktəbə daxil olmaq istəyən ATV-nin qoçularını bəzi məktəb direktorları içəri dəvət edir və onları məktəblə tanış edir. Əgər onlar bu çəkiliş üçün nazirlikdən razılıq almamışdılarsa həmin məktəb direktorları niyə cəzalanmır?

Onu da xüsusi qeyd edim ki jurnalist təhsil qanunvericiliyini və elementar etik normaları pozduğu vaxt ona edilən etirazların müqabilində ölkə başçısı İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın adlarını xüsusi çəkir. Sanki öz əxalqsızlığın bunların timsalında gizlətmək istəyir. Zənnimcə jurnalistin öz pisliklərini kölgədə qoymaq üçün bu ailənin adından istifadə etməyini də əxlaqsızlıq hesab etmək lazımdır. Hələ direktorun vəfatından sonra ona və onu müdafiə edən mətbuatı aşağılamağı bir başqa məsələdir.

ATV kanalınn çəkiliş qrupu 12 nəfər olmaqla idmançı görkəmində məktəbə soxulurlar. Məktəbin mühafizə xidməti, texniki işçilər və müəllimlər onların qarşısını heç cür ala bilmirlər. Məktəb direktoru ilk əvvəl onları xidməti otağına dəvət etsə belə onlar imtina edirlər. Şagirdlərin birindən bufetin yerini soruşub vəhşi kimi bufetə tərəf irəliləyirlər. Heç kimə sirr deyil ki məktəbin bufetləri Bakı şəhərində yalnız 4 adda MMC-yə icarəyə verilir. Bu MMC-lərin kimlərə məxsus olmasını hamı bilir. Kadrlardan göründüyü və direktorun da etiraf etdiyi kimi bu bufetlərin sahibləri heç kimi saymırlar. Bu bufetlərin təmziliyini də məktəbin texniki işçilri yerinə yetirirlər. Bufetdəki elektrik və istilik sistemlərinin pulunu da məktəbin hesabına ödənilir. Bufetlərin gəlir və xərclərinin məktəbə heç bir dəxli yoxdur. Bu bufetlərin gəlirləri barəsində heç bir rəsmi məlumat da tapmaq mümkün deyil. Nəhayət bufeti direktor açdırır və kadrlardan göründüyü kimi bufetdə təmizlik ideal şəraitdə olur. Lakin özünə jurnalist deyən reket bu mənzərəni görəndən sonra çəkilişi aparmaqdan imtina edir. Səbəb kimi isə qapının gec açılmasını, bufetdə işləyənin əlində əlcəyin olmamasını və karidorda peraşki iyinin gəlməsini əsas gətirir. Heç kimə məhəl qoymayan reket jurnalist bufetin qapısına təhqiramiz bir söz yapışdırıb dərs gedən siniflərdən birinə soxulur. Direktor dərs zamanı icazəsiz ora soxulmağın qanunsuzluğu barəsində ona xəbərdarlıq etsə də o heç nəyə məhəl qoymadan sinifə daxil olur və dərsi pozaraq müəllimə və şagirdlərə suallar ünvanlayır. Daha sonra məktəbin dağılmış binasını nümayiş etdirir və sanki bunun qeyri-adi olmasını tamaşaçılara təqdim edir. Lakin bu məktəbin Bakıda ən təmirsiz məktəb olması və bu il əsaslı təmirə dayanacağı barədə direktorun izahatlarını efirə vermir. Daha sonra isə şagirdlərin gözü qarşısında məktəbin giriş və direktorun xidməti otağının qapısına təhqiramiz etiket yapışdırır.

ATV-nin rəsmi məlumatında bütün bunların qanuni olması və rəsmi orqanalrın onlara irad bildirməməsi qeyd olunur. Əlbəttə, ATV kanalnın kimlərin ruporu olması və bu kanalın arxasında kimlərin dayanmasını Mikayıl  Cabbarov bilməmiş deyil. Axı o necə bu quvvələrə qarşı fikir bildirsin? Onsuz da məktəbin qapısına yapışdırılan həmin etiketin əslində nazirliyin qapısına yapışdırıldığını hamı yaxşı dərk edir.

Heç kimə sirr deyil ki 7 hektarlıq məktəb həyətinin bir-neçə hektarı ayrı-ayrı oliqarxlar tərəfindən zəbt olunub. Təsəvvür edin ki məktəbin həyətində “Movida Plaza” adlı restoran tikilib. Bu restoranın kimə məxsus olduğunu bütün Bakı bilir. Bu azmış kimi həmin restoranın bütün komunal xərclərini məktəb ödəyir. Məhz buna dözməyən məktəb direktoru ölümündən bir müddət əvvəl bu barədə müvafiq orqanlar qarşısında məsələ qaldırır. Nəhayət direktor respublikanın ən böyük və dağılmaqda olan məktəbinin yenidən qurulması və təmir edilməsini rəsmiləşdirə bilir. Direktorun məktəbi bir-neçə həftəyə təmirə dayandırılmasına nail olduğuna dözməyən məmurlar qisas məqsədi ilə hücuma keçirlər. Heç çübhəsiz ki yenidən lahiyələndirilən məktəb, bu məktəbin həyətində yerləşən restoran üçün də təhlükə yaradacaqdı.

Yeri gəlmişkən. Məktəbdə baş verən son olaylarla bağlı Təhsil Nazirliyi və BŞTİ qarşısında məsələ qaldıran və onlardan münasibət tələb edən mərhum direktora onlardan “məhkəməyə ver” cavabını alır. O da ölümündən az əvvəl Xətai rayon Məhkəməsinə müraciət edibmiş.


DİREKTORUN NİYƏ VƏFAT ETDİ?

ATV-nin məlum reportajında məktəb direktorunun müəllimlərin, texniki işçilərin, şagirdlərin və valideynlərin gözü önündə alçaldılması onda dərin depressiya yaratmışdı. Əvvələr koronor infarktı keçirmiş və şəkərli diabetdən əziyyət çəkən Telman müəllim son hadisələrin stresindən çıxa bilmirdi. O özünü daimi olaraq narhat və alçaldılmış hiss edirdi. Axır günlər daim dərmanlar qəbul edirdi. Şagirdlərin gözü qarşısında onun işgüzar nüfuzuna xələl gətirilməsi ona daha çox pis təsir etmişdi. Məhz buna görə məktəbə bir-neçə valideyn gəlmiş və  mərhum direktorla mübahisə etmişlər. Bundan sonra mərhumun halı pisləşmiş və təcili tibbi yardımın köməyinə baxmayaraq insultdan dünyasını dəyişmişdir.

TƏHSİL NAZİRLİYİ İŞÇİSİNİ NİYƏ QORUMUR?

ATV-nin və BŞTİ-nin açıqlamasında adları hallandırılan təhsil nazirli Mikayıl Cabbarov və Milli Televizya və Radio şurasının sədri Nuşirəvan Məhərrəmli münasibət bildirməlidir. Doğurdanmı onlar bu rəzalətdə bir qanunsuzluq görməyiblər? Doğurdan da belədirsə TN və MTRŞ tərəfindən məktəblərin tualetində çəkiliş aparan zaman burnunu tutan və xüsusi mimika və jest göstərən televiziya kanalına və onun jurnalistinə ancaq və ancaq məktəblərin tualetində çəkiliş aparmaq hüququ verən xüsusi və daimi icazənin verilməsi daha doğru olardı.

APA TV-nin videreportajının keçidi:




ATV televiziyasında efirə verilən verilişin keçidi:



http://azerlerikli.blogspot.com


Paylaş:


Müəllif : Tarix:
29-01-2017, 22:43
  


loading...
Загрузка...