X
Yanğında təxliyə olunan abituriyentlər sabah imtahan verəcək » Regionxeberleri.com Yanğında təxliyə olunan abituriyentlər sabah imtahan verəcək » Regionxeberleri.com

reklam
» » Yanğında təxliyə olunan abituriyentlər sabah imtahan verəcək

reklam

Yanğında təxliyə olunan abituriyentlər sabah imtahan verəcək

İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər iyulun 27-də keçiriləcək yeni imtahan üçün “imtahana buraxılış vərəqəsi”ni çap edirlər.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 26 iyul saat 10:40-a olan məlumata əsasən, imtahanda iştirakı gözlənilən 832 abituriyentdən 189 nəfəri hələ də “imtahana buraxılış vərəqəsi”ni çap edib götürməyib.

“İmtahana buraxılış vərəqəsi”ndə yeni imtahanın keçiriləcəyi yer, bina, vaxt və s. haqqında məlumatlarla tanış olmaq olar.

Buraxılış vərəqəsi ilə yanaşı abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.


Paylaş:


Müəllif : Tarix:
26-07-2017, 11:15
  


loading...