reklam
» » Azərbaycanda 388 nəfər qidadan ZƏHƏRLƏNİB, 3 nəfər ÖLÜ - RƏSMİ

reklam

Azərbaycanda 388 nəfər qidadan ZƏHƏRLƏNİB, 3 nəfər ÖLÜ - RƏSMİ

2017-ci ilin birinci yarısında 388 qida zəhərlənməsi hadisəsi baş verib.

Regionxeberleri.com BiG.AZ - a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. Onun sözlərinə görə, bunlardan 285 nəfəri zərər çəkən olub.

“Bu ilin 6 ayında 11 botuzlim hadisəsi olub. Bundan zərərçəkənlərin sayı 21 nəfər olub. 3 nəfər isə ölüb. Onlar Abşeron, Şəmkir və Goranboy rayonlarından olan vətəndaşlardır. Ölümə səbəb pomidor, xiyar tutmaları olub. Biz dəfələrlə qeyd edirik ki, vətəndaşlar mənşəyi məlum olmayan, kimlərsə tərəfindən hazırlannmış, bankalarda gətirib satışa çıxarılan tutmalardan istifadə etməsinlər”.

Z.Kazımov qarpız və yemişdən zəhərlənmələrlə bağlı müraciətlərin daxil olmadığını qeyd edib: “İyul ayında sırf qarpız və yemişlə zəhərlənmələr barəsində bizə məlumat daxil olmayıb. Epidemioloji araşdırma aparanda məlum olur ki, vətəndaş qarpızla yanaşı, tez xarab olan məhsul da yeyib. Ona görə sırf qarpızdan zəhərlənmə barədə bizə məlumat daxil olmayıb. Haradasa belə müraciətlərin sayı 8-10-a yaxın olub. Onların da mədələri yuyulub, evə buraxılıb”.
(AzVision.az)


Paylaş:


Müəllif : Tarix:
4-08-2017, 11:42
  


loading...
Загрузка...