» » “Facebook” yeni dizaynda

“Facebook” yeni dizaynda

“Facebook” şirkəti tərəfindən mobil proqramın dizaynına edilmiş kiçik dəyişikliklər xəbər lenti üzrə naviqasiyanı sadələşdirməli və onu oxumaq üçün daha əlverişli etməlidir.
 
Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, indi nəşrlərə yazılmış şərhlər daha çox müzakirəni xatırladır və şərhlərdən hansının başqa istifadəçilərin fikirlərinə cavab olduğu, hansının isə posta aid olduğunu başa düşmək asandır. Ehtimal ki, sosial şəbəkənin nümayəndələri yad adamları heç olmasa, şərhlərdə bir-biri ilə ünsiyyət qurmağa sövq edirlər.
 
Başqa dəyişikliklər az nəzərə çarpır. Xəbər lentinin başlığı tamamilə göy rəngə boyadılıb. Şirkətin nümayəndələrinin fikrincə belə fonda mətn daha yaxşı oxunur. Yuxarı hissədə yerləşdirilmiş ikonkaların ölçüləri böyüdülüb və onların üzərinə klik etmək asanlaşıb. Qeyd edək ki, yeni xəbər barədə məlumat verən ikonka indi zınqırova oxşayır və post dərc etmiş istifadəçilərin fotosu dairəvi formadadır. "Bəyən", "Şərh", "Paylaşmaq" ikonkaları, həmçinin dəyişikliyə məruz qalıb.
 
Həmçinin sosial şəbəkə üzrə naviqasiya sadələşdirilib.
 
Beləliklə, sosial şəbəkənin görünüşü “Instagram”ı xatırladır. Yeni dizayn bir neçə həftə ərzində istifadəçilərə əlçatan olacaq.


Paylaş:


Müəllif : Tarix:
16-08-2017, 13:26
  
loading...