» » Xurafata meyilli məmurlar: Onların qurbanları övladları olacaq.. - Sərt ittiham

Xurafata meyilli məmurlar: Onların qurbanları övladları olacaq.. - Sərt ittiham

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, Milli Məclisin keçmiş deputatı Hacı Qalib Salahzadənin açıqlamasında 500 nəfərdən artıq insanı Həcc ziyarətinə göndərməsi sosial mediada və şəbəkələrdə müzakirələrə səbəb olub.

Məsələyə sərt münasibət bildirən Qlobal Araşdırmalar Liqasının sədri, icmalçı Azər Verdiyev bir millət vəkilinin bu qədər varidata necə yiyələnməsinin araşdırılmasının vacib olduğunu dedi:

“Hacı Allahşükür Paşazadənin qudası, Milli Məclisin keçmiş deputatı Hacı Qalib Salahzadə qeyd edir ki, 500 nəfəri Həcc ziyarətinə göndərib. Hesab edək ki, bunu bir dindar zəkat mənasında edib. Hər birimiz də gözəl bilirik ki, bir nəfərin Həcc ziyarətinə getməsi üçün 3850 dollar vəsait lazımdır. Bir şəxsin Həcc ziyarəti 3850 dollar, yəni 6547 manat təşkil etdiyi halda 500 nəfərin ziyarət xərcini hesablayıb. Hesablamalara görə sabiq millət vəkili 500 nəfərin ziyarəti üçün 3 milyon 273 min 500 AZN büdcə xərcləyibmiş. Dinimizdə isə qeyd olunur ki, bir dindar gəlirinin 40-dan 1 hissəsini zəkat verməlidir. Bu məntiqlə Hacı Qalib Salahzadənin varidatını 100 milyon dollar civarında qiymətləndirmək olar. Bu detalları təxmin etdikdən sonra ortaya maraqlı suallar çıxır: 1) Bu vəsait illərin fəaliyyətinin nəticəsidir, Hacı Qalibin isə fəaliyyətinin böyük dönəmi deputatlıqla bağlı olub. Bir deputatda bu qədər vəsait haradandır? Qanuna görə millət vəkili yaradıcılıq fəaliyyətindən başqa heç bir fəaliyyətlə məşğul ola bilməz. Əgər belədirsə o zaman millət vəkili 100 milyon dollar vəsaitin mənbəyini göstərsin. Yəqin ki hörmətli deputat bu varidatı halal yolla əldə etdiyini deyəcəkdir. Amma XXI əsrin insanı heç bir halda bu yalanlara inanmayacaqdır. Digər bir sual ortaya çıxır: Deyək ki, deputat hansısa yolla büdcəni talayıb, vergidən yayınıb. Olmazmı bu milyonları ərəblərə xeyir verməklə yox, elmə, təhsilə, İKT sahəsinə yatırardı? Bütün inkişaf edən cəmiyyətlər yeganə yolu təhsildə görürlər. Bizdə isə bir çox məmurlar xurafata meyillidirlər. Sanki ölkədə savadlı gəncliyin yetişməsində maraqlı deyillər. Bir məqamı xüsusən qeyd etməliyəm. Məmurlar birmənalı şəkildə bilməlidirlər ki, onların büdcəni talama siyasətinin əsas qurbanları övladları olacaqdır. Artıq bir çox nazirlərin övladları vətən üzünə həsrət qalıblar, bir çoxları həbs olunubdur. Böyük bir qismi isə hüquq mühafizə orqanlarının nəzarətindədirlər. Bütün bunlar harınlığın elementləridir”.


Paylaş:


Müəllif : Tarix:
16-08-2017, 15:03
  
loading...