» » Elmar Vəliyev belə narazılıq yaradır - GİLEY

Elmar Vəliyev belə narazılıq yaradır - GİLEY

«Bakıdaydım, zəng vurdular ki, nə durmusan, özünü yetir, başçı torpaq sahənə buldozer göndərib, tikdiyin hasarı sökdürür». DİA.AZ bildirir ki, Gəncə sakini İndiana Əliyeva ötən il elə Gəncədə torpaq sahəsi alıb. Adına rəsmiləşdirilmiş torpaq sahəsinə hasar da çəkdirib. Bu il iyulun 27-də Bakıda olarkən xəbər tutub ki, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının göstərişi ilə hasarı sökdürüb:

«İki azyaşlı övladımla qapılarda kirayədə qalmışam. İkisi də xəstədir. Borc-xərclə 4 sot torpaq almışam ki, ev tikdirim. Ancaq imkan vermirlər. Vətəndaşın evsiz-eşiksiz qalmasının ilk səbəbkarı hökumət özüdür. Qəsdən vətəndaşa əngəllər yaradır ki, ev-eşik sahibi ola, adam kimi yaşaya bilməsin».

İndiana Əliyeva Gəncəyə dönəndə görüb ki, hasar daşları uçurularaq əraziyə səpələnib. Məsələni aydınlaşdırmaq üçün Nizami Rayon İcra Hakimiyyəti başçısı ilə görüşmək istəsə də, başçı onu qəbul etməyib.

«İyulun 27-də baş verən bu hadisə ilk deyildi. Bundan əvvəl də tikib başa çatdırdığım hasarı ağır texnikayla dağıtmışdılar. Mənim o hasarı tikdirməyə hər dəfə 4-5 min manat xərcim çıxır. Yəni, hər dəfə məni bu məbləğdə zərərə salırlar. Heç nə də demirlər, eləcə gözləyirlər, tikirsən, pusqu qururlar, torpaqdan uzaqlaşan kimi gəlib, söküb aradan çıxırlar».


Paylaş:


Müəllif : Tarix:
17-08-2017, 09:10
  
loading...