» » Dərsə gedən bir uşağın xərci - Qiymətlər

Dərsə gedən bir uşağın xərci - Qiymətlər

Yeni dərs ilinin gəlişinə hazırlaşan valideynlər məktəbli mağazalarına baş çəkərək qiymətlərlə maraqlanırlar. Onlar uşaqların tam hazırlıqlı şəkildə məktəbə göndərilməsi üçün həm qiymətlərdən, həm də kefiyyətdən narahatdırlar. Əvvəlki illərə nisbətən qiymətlərin bahalaşdığı deyilir.

Uşağı məktəbə yola salmaq üçün nə qədər pul lazımdır?

AzVision.az-ın əməkdaşları “28 May” metrostansiyasının yaxınlığında açılan məktəbli yarmarkasına baş çəkib, qiymətlərlə maraqlanıblar.

Satıcılarla söhbət əsnasında məlum olur ki, yarmarkanın təzə açılması ilə əlaqədar alıcı qıtlığı yaşanır.

“Valideynlər daha çox sentyabr ayını gözləyirlər. Hələ ki alver çox zəifdir”

Piştaxtalarda məktəblilərə aid bir çox ləvazimatlara rast gəlmək olar. İlk olaraq məktəbli çantalarının qiymətini soruşdurq. Satıcılar qiymətlərin 12 manatdan 40-manata qədər dəyişdirini bildiriblər. Qiymət çantanın formasından, ölçüsündən, hazırlanmasında istifadə olunan materialdan asılı olaraq dəyişir. Daha sonra dəftərlərin qiyməti ilə maraqlandıq.

20 vərəqli ana dili və riyaziyyat dəftərini 20, 40 vərəqli dəftəri isə 35 qəpiyə almaq olar. Rəngli karandaşların və plamastrların qiyməti isə 2-12 manat arasında dəyişir. Yağlı boyaların qiyməti digərlərindən bir az baha başa gəlir. Rəsm albomları isə 2-3 manatadır. Qələmlərin qiyməti 30 qəpikdən bir manata, bir manat 50 qəpiyə alıcılara təklif olunur. Dəftərləri yerləşdirmək üçün satılan portfellər də 30 qəpikdən başalayaraq 3 manatadək dəyişir. Dəftər üzləri isə 40 qəpikdən satılır. Yarmarkada qələm yonan isə 40 qəpikdir.

Xətkeşlərin qiymətləri 1 manat və bir manat 50 qəpik arasında dəyişir. Uşaqlar üçün istifadə edilən su qablarının qiyməti isə keyfiyyətindən aslı olaraq müxtəlifdir. 8-12-14 manata siz bu qabları ala bilərsiniz. Bir sözlə, gözünüz piştaxtalarda qalmasın deyə, əlinizin cibinizdə olması mütləqdir.


Paylaş:


Müəllif : Tarix:
21-08-2017, 13:29
  
loading...