reklam
» » Qaradağda əsən qara buludlar... - Sahibkarlar danışır...

reklam

Qaradağda əsən qara buludlar... - Sahibkarlar danışır...

Qaradağı rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun da bəzi RİH rəhbərləri kimi yerli sahibkarlarla nəinki dil tapa bilməməsi, onlara hətta problem yaratması bir faktdır. Bu barədə DİA.AZ olaraq davamlı şəkildə oxucularımızı məlumatlandırmışıq.

Elə indi də redaksiyamıza bir şikayət məktubu daxil olub və həmin məktubu olduğu kimi təqdim edirik:

"Hörmətli redaksiya. Süleyman Mikayılov əslində Qaradağa bir talan üçün təyin olunub, desək, yanılmarıq. Bəlkə də bəzilərinə kənardan boz-bulanlq bir rayon kimi görünən Qaradağ əslində "yeməyi" bacaran məmurlar üçün əsl yeyinti ünvanıdır. Bu rayonun icra başçısının hazırda bir aylıq gəliri 2-3 milyon manatın üzərindədir. "Hardan" deyə soruşa da biləriniz. Şünki əksəriyyət təkcə elə Qaradağ rayonu ərazisindəki daş karcanalarından Süleyman Mikayılovun və onun yaxınlarının 1-2 milyon manat gəlir əldə etməsindən xəbərsizdir. Həmin karxanalar ya başçının, onun yaxınlarının (əsasən də qardaşı Bağırın), ya da onlara haqq verənlərindir. Əvvəlki sahibkarlar zaman-zaman və illər əvvəl karxana biznesindən çıxarıldı. Kimini qanına qəltan etdilər, kimini həbs etdirdilər, kiminin də eləcə nəfəsini kəsdilər.

Süleyman Mikayılov Fövqəladə Hallar Naziri Kəmlaəddin Heydərovun adından istifadə edərək bir çox dövlət qurumlarına təsir imkanı da əldə edir. Elə buna gprədir ki, bir neçə il əvvəl Lökbatanda sahibkarların obyektləri darmadağın ediləndə bir məhkəmə instansiyası belə başçı ilə üz-üzə gəlmədi. Halbuki 20-yə yaxın sahibkarın obyekti başçı tərəfindən buldozerin ağzına verilmişdi ki, onların sırasında cənab prezident İlham Əliyevin hələ Qaradağ rayonundan deputat seçildiyi dönəmdə vəkilliyini həyata keçirən sahibkarlar da var idi. Yəni Süleyman Mikayılov əslində daha çox hakim partiyaya yaxın sahibkarlara divan tutub. Halbuki həmin sahibkarlar hər zaman həm dövlətin və həm də YAP-ın tədbirlərindən knüllü şəkildə yaxından iştirak ediblər".

Daha sonra DİA.AZ-a yazan sahibkarlar sözlərini belə bitirirlər: "Qaradağ rayonu bu gün "Qurdlar Vadisi" kimi bir şeydir. Burda əsl cəngəllik qanunları jökm sürür. Sadəcə olaraq, cəngəllikdən bir fərqi var ki, burda qazanan tək Süleymanov və onun harınlamış yaxınlarıdır. Bu barədə növbəti materialımızda sizə çox səs-küylü faktları təqdim edəcəyik. Öncədən təşəkkür edirik".


Paylaş:


Müəllif : Tarix:
2-09-2017, 10:07
  


loading...
Загрузка...