» » “Dializ mərkəzində aparatların 40-60%-i işləmir” - Tanınmış kulinardan ağır ittihamlar

“Dializ mərkəzində aparatların 40-60%-i işləmir” - Tanınmış kulinardan ağır ittihamlar

Tanınmış kulinar, müğənni Emma Ələkbərzadənin həyat yoldaşı Emil Çingiz 1 saylı Klinik Tibbi Mərkəzin Dializ mərkəzi ilə bağlı sensasiya hesab olunacaq açıqlamalar verib.

Medicina.az xəbər verir ki, kulinar mərkəzin işçilərinin rüşvətsiz xəstəyə yaxın gəlmədiyini, buradakı aparatların yarıdan çoxunun işləmədiyini bildirib: "Anam dializ xəstəsidir. Həftədə üç dəfə onu "Semaşko”nun arxasındakı Dializ mərkəzinə aparırıq. Bu aparatlardan asılı olaraq yaşayan dializ xəstələrinə əlinə üç-beş manat verməsən həyatda yaxınlaşmayan həkim və tibb bacılarına deyiləcək bir sözüm var: "Qoy onların anaları və uşaqları dializə düçar olsunlar və onlarla da belə rəftar olunsun!” Bir şeyi də qeyd edim, verilən pulun həcmi, xəstənin hansı avtomobillə gətirildiyi də çox önəmlidir. İndi isə keçək əsas məsələyə! Dializ mərkəzində aparatların 40-60%-i işləmir. Həkimlər və bütün tibbi personal bir ağızdan "Ehtiyat hissələri xaricdən gətirilməlidir, buna isə pul yoxdur” deyirlər.

Səhiyyə naziri Oqtay Şirəliyev, mənim bircə anam var və o, dializ xəstəsidir. Bu insan çay, su içmək istəyir, bədəndə yığılan maye növbəti dializ kursunu gözləyir, aparatların işləməməsi ucbatından kursu qəbul etmədən geri göndərilir. Hər şeyə pul ayrılır, səhiyyə üçün pul ayıra bilmirsiniz?”


Paylaş:


Müəllif : Tarix:
13-09-2017, 12:53
  
loading...