reklam
» » Mikayıl Cabbarov nazirliyi Qoruq idarəsinə çevirib

reklam

Mikayıl Cabbarov nazirliyi Qoruq idarəsinə çevirib

Mikayıl Cabbarov Təhsil Nazirliyini “İçərişəhər” Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsinə çevirib

Son olaraq Elnur Əliyevi Bakı Şəhəri üzrə Təhsil İdarəsində rəhbər posta gətirən nazir tamamilə tayfa-klan idarəçiliyi qurub.

O, “İçərişəhər” Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsində Cabbarovun köməkçisi olmaqla yanaşı, həm də oranın “JEK” rəisi imiş. Möhtəşəm nəticədir və karyera yüksəlişinin analoqsuz variantıdır.

Təhsil naziri ölkə təhsil sektorunda peşəkar mütəxəssis tapmayıb ki, qoruq idarəsində JEK müdiri olmuş məmuru bu vəzifəyə təyin edir?! Təbii ki, rəzalətdir.

Nazir öz adamlarını ətrafına toplamaq təfəkkürü ilə təyinatlar verir. O, “İçərişəhər” Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsində Cabbarovun köməkçisi olmaqla yanaşı, həm də oranın “JEK” rəisi imiş. Möhtəşəm nəticədir və karyera yüksəlişinin analoqsuz variantıdır.

Bir adamın 2 vəzifə tutması isə ölkəmizin qanunvericiliyində yoxdur. Nazir bu baxımdan da “yeniliyə” imza atıb. Eləcə də, Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev isə nazir müavini Ceyhun Bayramovun qohumudur.

Ceyhun Bayramov da nazirin yaxın dostudur. Nazirlikdə böyük problemlərin yaranmasının əsas səbəbkarlarından biri kimi məhz onun adı çəkilir. Bu adam indiyə kimi təhsil sistemində işləməyib. 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub. O, Mikayıl Cabbarovla “Çto? Qde? Koqda?” yarışmasında bir komandada mübarizə aparıb.

Bu təyinatlar ölkənin təhsil sistemini iflic edib və Misir Mərdanova rəhmət oxudur. Misir Mərdanov bu vəzifəni tutduğu illərdə təhsil ən çox tənqidə məruz qalan sahələrdən biri idi.

Təhsilin keyfiyyəti, rüşvət, kitab çapında yol verilən korrupsiya əməlləri, həmçinin orta məktəblərdə fond pulu, süpürgə pulu və başqa bu kimi hallar daim geniş müzakirə mövzusu olub.

Mikayıl Cabbarov artıq başa düşüb ki, nə qədər bu sistem mövcuddur, təhsildə yenilik yaratmaq mümkün deyil.

5-10 məktəb direktorunu dəyişməklə, kosmetik dəyişikliklər etməklə təhsili düzəltmək mümkün deyil. Mikayıl Cabbarov özü də bunun fərqindədir. Ona görə də sistemə uyğunlaşıb.

Təhsil naziri Avropa təhsili görüb, daha müasir düşünür və o, daha çox can atmalıdır. Məktəblərdə yenə fond pulu, dərsə davamiyyətin aşağı olması, təhsil şöbələrində özbaşınalıq var.


Paylaş:


Müəllif : Tarix:
6-02-2017, 01:00
  


loading...
Загрузка...