» » ADPU-nun filialında saxta diplomlar, qohumbazlıq... - Ağcabədidə təhsil rəzaləti

ADPU-nun filialında saxta diplomlar, qohumbazlıq... - Ağcabədidə təhsil rəzaləti

“Universitet filialında çalışan işçilərin əksəriyyəti orta və orta ixtisas təhsillidirlər. Ən maraqlısı isə odur ki, orta və orta ixtisas təhsilli “pedeqoqlar” ali təhsilli işçilərdən yüksək əməkhaqqı alırlar”.

Bu sözlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında baş verən özbaşınalıqlarla bağlı AzMedia.info-ya ünvanlanan şikayət məktubunda yer alır.

Son zamanlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında baş verən qanunsuzluqlarla bağlı ölkə mediasında silsilə yazılar geniş yer alsa da, nədənsə nə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi, nə də Təhsil Nazirliyi və digər dövlət qurumları tərəfindən filialda baş verən özbaşpnalıqlarla bağlı heç bir müvafiq təbir görməyib. Bu da təbii ki, filalfn direktoru Mətanət Fərzəliyevanın korrupsiioner fəaliyyətinin daha da genişlənməsinə səbəb olur.

Qeyd edək ki, ADPU-nun Ağcabədi filialı paytaxdan uzaq məsafədə yerləşdiyi üçün sanki bu təhsil ocağını Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi unudub. Ya da əksinə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi gözdən-qulaqdan uzaq olduğuna görə Mətanət Fərzəliyevaya tam “sərbəstlik” verib.

Amma Təhsil ocağında baş verən özbaşınalıqlardan, maliyyə pozuntularından yəqin ki, bir gün ölkə isctimaiyyəti geniş xəbər tutuacaqlar. Ola bilsin ki, məhkəmə araşdırmalarından. Çünki saytımıza daxil olan məlumatlara əsaslanaraq deyə bilərik ki, bu təhsil ocağında təhsil qaydaları deyil, korrupsiya qaydaları hökm sürür.

ADPU-nun Ağcabədi filialından AzMedia.info-ya daxil olan məlumatda bildirilir ki, filial öz hesabına maliyyələşdiyi üçün filial direktoru Mətanət Fərzəliyeva və baş mühasib Knyaz Abbasov universitetin formalaşan büdcə gəlirlərini öz şəxsi malları kimi bölüşdürürlər. Yəni istədikləri əməkdaşların aylıq maaşlarını onların təhsillərinə, əmək qabiliyyətinə, davamiyyətlərinə görə deyil, kimin qızı, kimin gəlini, kimin qohumu olması prinsipləri ilə müəyyənləşdirirlər.

Universitet filialında ən yüksək postlardan birini tutan imtahan sessiyalarının “kassiri” olan baş müəllim Araz Əliyevin bu postu tutması üçün elmi dərəcəsi belə yoxdur. Saytımıza müraciət edən şikayətçt sual edir ki, görəsən bu qanunsuzluqların sonu olacaqmı?

Məsələn, şikayətçi bildirir ki, baş mühasib Knyaz Abbasovun gəlini Aynur xanım universitetin ən önəmli kafedralarından birində laborant vəzifəsində çalışmasına baxmayaraq, işə gəlmir. Onun işlərini başqa işçilər aparsa da, hər kəsdən çoxx maaş alır. Aynur xanım hamıdan çox maaş almasını ona irad tutanlara isə deyir ki, “mən baş mühasibin gəliniyəm”.

Bundan başqa, filialda pedaqoji təcrübə rəhbəri Əzizağa Həziyevin gəlini Aytəkin xanımın üzünü görən “özünü xənnətlik hesab edir”. Çünki universitetin qoçusu kimi tanınan və qarşısına çıxanı söyüb təhqir edən pedaqoji təcrübə rəhbəri Əzizağa müəllimin gəlini də baş mühasibin gəlini kimi ümumiyyətlə işə gəlmir. Aytəkin xanım sənədlərdə dil ədəbiyyat fakültəsinin tələbələrinin tədris məsləhətçisi olaraq çalışır. Amma buna baxmayaraq heç bir tələbə, o xanımın üzünü bir dəfə də olsun görməyiblər. Bu xanım tədris məsləhətçisinin yenə də digər tədris məsləhətçilərindən çox maaş almasına manne olmur.

Şikayətçi bildirir ki, Mətanət Fərzəliyevanın universitetin büdcəsinə vurduğu ziyanlar və maliyyə pozuntularını saymaqla bitməz.

Universitet filialında çalışan işçilərin əksəriyyəti orta və orta ixtisas təhsillidirlər. Ən maraqlısı isə odur ki, orta və orta ixtisas təhsilli “pedeqoqlar” ali təhsilli işçilərdən yüksək əmək haqqı alırlar.

Universitet filialında ən yüksək postlardan birini tutan imtahan sessiyalarının “kassiri” olan baş müəllim Araz Əliyevin bu postu tutması üçün elmi dərəcəsi belə yoxdur. Saytımıza müraciət edən şikayətçt sual edir ki, görəsən bu qanunsuzluqların sonu olacaqmı?

Filial direktoru Mətanət Fərzəliyeva tərəfindən Müəllimlər İnstitutunun saxta diplomunu daşıyan Nahidə Qəhrəmanovanın yaxın günlərdə dekan müavini vəzifəsinə təyin olunması gözlənilir.

Şikayətçi qeyd edir ki, Müəllimlər İnistutunu qanunsuz yolla bitirmiş onlarla işçinin saxta diplomları ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində hal hazırda işlərinə baxıldığı halda filialda çalışan bir çox saxta dirlomlu “müəllim” və “müəllimə” üniversitdə tələbələrə “tədrislə” məşğul olurlar və bu həmin “müəllim” və “müəllimə”lərin dərs saatları diplomlu və peşəkar müəllimlərin dərs saatından qat-qat çoxdur.

Misal üçün, Müəllimlər İnistutunu qanunsuz yolla bitirmiş Nahidə Qəhrəmanova saxta diplom almasıyla bağlı işi məhkəmədə olduğu halda tələbələrə “dərs” deyir. Heç bir elmi dərəcəsi olmadığı halda, Elmi işlər üzrə direktor müavini olan Seymur Süleymanovun və yenə də heç bir elmi dərəcəsi olmamasına baxmayaraq Tədris və Tələbə şöbəsinin müdiri Araz Əliyev məsləhətləri ilə filial direktoru Mətanət Fərzəliyeva tərəfindən Müəllimlər İnstitutunun saxta diplomunu daşıyan Nahidə Qəhrəmanovanın yaxın günlərdə yeni struktura əsasən yaradılan dekan müavini vəzifəsinə təyin olunması gözlənilir.

Qeyd edək ki, sonda şikayətçi bizə maraqlı bir sual da ünvanlayıb: “Sizcə bu qanunsuzluqlar nə vaxta qədər davam edəcək?”

Yəqin ki, hər kəsə aydındır ki, bu sualın cavabını biz deyil, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi və Təhsil Nazirliyi verə bilər. Təbii ki, əgər sualı cavablandırmaq istəsələr.



Paylaş:


Müəllif : Tarix:
22-09-2017, 10:54
  
loading...