reklam
» » Şəki sakinləri məhkəmə hakimindən narazılıq edir - GİLEY

Şəki sakinləri məhkəmə hakimindən narazılıq edir - GİLEY

Redaksiyamıza müraciət edən Şəki sakinləri məhkəmə hakimindən narazılıq edir. DİA.AZ olaraq narazı vətəndaşların müraciətini olduğu kimi təqdim edirik:

"Zaqatala Rayon Məhkəməsinin Sədri Elbrus Hacıbala oğlu Məmmədov Qax Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrini müvəqqəti icra etdiyi qısa müddət ərzində ciddi qanun pozuntularına yol verməklə, öz gələcək hakim təyinatına yaşıl işıq yandırmaq istəyir.Belə ki, o,öz həmyerlisi Nəsibov Namik Məcid oğlunun qanunsuz iddialarına qanuni don geyindirərək birtərəfli şəkildə qərarlar qəbul etmişdir.Hakim Elbrus Məmmədov məhkəmə prosesində cavabdeh tərəfin,yəni Nəzirov Elşən Nemət oğlunun heç bir nümayəndəsini dinləmir,təqdim olunmuş sənədləri qəbul etmir.Açıq aşkar öz həmyerlisi Nəsibov Namiq Məcid oğlunun mənafeyinə uyğun qərarlar çıxarır.Namik Nəsibov tərəfindən öz yaxınları və qohumları məhkəməyə şahid qismində gətirilərək yalandan ifadələr verilməsinə şərait yaradılır və qohum qardaşın bu yalan ifadələri hakim tərəfindən əsas kimi götürülür.

Hələ bir müddət bundan əvvəl Qax Rayon Məhkəməsinin sabiq sədri Atabəy Kiçikbəyov Namik Nəsibovun bu iddialarının tamamilə əsassız olduğunu bildirərək bu prosesi aparmadı.Namik Nəsibov müntəzəm olaraq başqalarının daşınmaz əmlakını və pulunu mənimsəmək üçün yaxın qohumu Şəki şəhəri İcra Hakimiyyəti Başçısının müavini Həsən Məmmədovun dəstəyi ilə məhkəmə orqanlarına təzyiq göstərir,onlara dediklərini etmədikləri halda məhkəmə işçilərinin gələcək təyinatlarında problemlər yaradacağını bildirır.Bakı şəhər sakini Eldar Hadiyev adlı şəxsin başına Namik Nəsibov tərəfindən gətirilənlər buna sübutdur.Namik Nəsibov qısa müddət ərzində Qax rayonunun mərkəzində bir neçə ticarət obyekti və yeməkxana almışdır.Bakı şəhərində alınan evlərin sayı isə 20-dən çoxdur.Əslən Şəki Rayonunun Baş Şabalıd kəndindən olan hakim Elbrus Məmmədovun onunla qohumluq əlaqəsi olan Baş Göynük kəndinin sakini Namik

Nəsibovun iddiasını təmin etməsi haqqında qərarı hakimin hansı haqq ədalətindən xəbər verə bilər?

Namik Nəsibovun qeyd olunan bu qanunsuz əməllərinə dəstək verən 15 ildən artıq Şəki şəhəri İcra Hakimiyyəti başçısının müavini işləyən xalası oğlu Həsən Məmmədov tutduğu vəzifədən istifadə edərək bölgədə məhkəmə orqanlarına təzyiq göstərməklə məşğuldur.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Prezident Administirasiyasında yaradılmış Apellyasiya Şurasına müraciət edib xahiş edirik ki, Zaqatala Rayon Məhkəməsinin sədri Elbrus Məmmədovun və Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının müavini Həsən Məmmədovun qanunsuz hərəkətləri barəsində ciddi tədbirlər görülsün.

Şəki şəhər sakinləri
Əlibəyov Allahverdi İsrafil oğlu
Abdurahmanov Şaiq Bəxtiyar oğlu"


Paylaş:


Müəllif : Tarix:
3-10-2017, 09:12
  
loading...