reklam
» » Ülvi Mansurov vəzifədən çıxarıldı

reklam

Ülvi Mansurov vəzifədən çıxarıldı

Azərpoçt MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.

APA-nın xəbərinə görə, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.

"Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib", - deyə mənbə vurğulayıb.

Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.

Azərpoçt MMC-nin mətbuat katibi Günel Gözəlova isə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.

Maraqlıdır ki, Azərpoçt MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.

Xatırladaq ki, Ü.Mansurov Azərpoçt MMC-dən öncə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.


Paylaş:


Müəllif : Tarix:
27-11-2017, 09:39
  
loading...