"Bu küçə asfalt üzü görməyib..." - Buzovnadan FOTOLAR » Regionxeberleri.com "Bu küçə asfalt üzü görməyib..." - Buzovnadan FOTOLAR » Regionxeberleri.com

reklam
» » "Bu küçə asfalt üzü görməyib..." - Buzovnadan FOTOLAR

reklam

"Bu küçə asfalt üzü görməyib..." - Buzovnadan FOTOLAR

Bakının Buzovna qəsəbəsində yollar bataqlığı xatırladır. İllərdir təmir olunmadığından xüsusən yağışdan sonra qəsəbədə gediş-gəliş müşkülə çevrilir. Regionxeberleri.com bildirir ki, bu şikayətlə virtualaz.org-a qəsəbə sakinləri müraciət ediblər.

Onların sözlərinə görə, qəsəbənin nəinki kənar, mərkəzi Müslüm Maqomayev küçəsində də hərəkət etmək mümkün deyil. Kanalizasiya suları yola axdığından, antisanitar vəziyyət yaranıb.

“Bu küçə qəsəbənin mərkəzi küçəsidir, həm də həmyerlimiz dahi Müslüm Maqomayevin adını daşıyır. Amma küçədə çox dəhşətli və antisanitar vəziyyət hökm sürür. Təsəvvür edin ki, 3 ildir, bu küçə asfalt üzü görməyib və bütün kanalizasiya suları yola axır. Burada yaşayanların əksəriyyəti köklü buzovnalılardır. İllərdir burada yaşamışıq, indi köçüb hara gedək? Necə edək, dərdimizi kimə deyək?”, - deyə şikayətçi Eldar Rzayev bildirir.

E.Rzayev deyir ki, problemlə bağlı dəfələrlə aidiyyəti orqanlara yazılı müraciət etsələr də, faydası olmayıb: “Nə edəcəyimizi bilmirik, vəzifəlilər burada yaşamırlar deyə, problemlərimizdən xəbərsizdirlər. Şikayətlərimizə “hansısa ilin sosial-inkişaf proqramına salınıb” kimi cavabdan başqa heç bir reaksiya verilmir. Biz Bakıda turizmin inkişafından danışırıq, amma qəsəbənin əsas küçəsində asfalt örtüyü yoxdur, kanalizasiya problemi var, ünvan lövhələri vurulmayıb”, - deyə şikayətçi qeyd edir.


 


Paylaş:


Müəllif : Tarix:
12-12-2017, 15:30
  


loading...