reklam
» » Azərbaycanda daha bir yeni medal təsis edildi

Azərbaycanda daha bir yeni medal təsis edildi

Azərbaycanda daha bir yeni medal təsis edildi.

Regionxeberleri.com Trend-ə istinadən xəbər verir ki, yeni medal Azərbaycanda Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) yubileyi ilə bağlı təsis edilib.

Bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

"Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993 - 2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə 2018-ci il avqustun 23-dək Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğur qazanmış zabitlər, gizirlər, çavuşlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, xidmətdə səmərəli fəaliyyət göstərən mülki işçilər, xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış şəxslər, habelə onun fəaliyyəti ilə bağlı layiqli xidmət göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin digər silahlı birləşmələrin hərbi qulluqçuları və başqa şəxslər təltif edilirlər. Medal bürüncdən tökülüb və qızıl suyuna çəkilib, milli ornamentli səkkizguşəli ulduzdan ibarətdir.


Paylaş:


Müəllif : Tarix:
15-12-2017, 18:03
  
loading...