reklam
» » Baba Rzayevin Sabunçudakı kadrı “gün verib, işıq vermir” - FOTO

Baba Rzayevin Sabunçudakı kadrı “gün verib, işıq vermir” - FOTO

Sabunçu rayon Elektrik Paylayıcı Şəbəkəsi rəisi İlham Quliyev hər ay abonentlərə “gün verib, işıq vermir”.

Regionxeberleri.com bildirir ki, AzEuroNews.com-un məlumatına görə, işıq idarəsi rəisi indi də Sabunçu rayon ərazisində tək-tək xəbərdarlıq elanları yayır.

Sakinlərə dekabrın 20-dək möhlət verilib və elektrik enerjisi borcunu ödəməyənlərin işığı kəsiləcək.

Bundan qabaq isə İ.Quliyevin tapşırığı ilə tək-tək qapıları döyərək abonentlərdən işıq pulu borcu ödənilməsi tələb edilirdi.
Toğrul Rəhimovun yerinə idarə rəisi gəldikdən sonra İlham Quliyev abonentləri sıxışdırmağa, işıqlarını kəsməyə, xəbərdarlıq etmədən gününü zülmətə çevirməyə başlayıb.

Abonentlər deyirlər ki, 10-15 manat ödənilməmiş borc 1-2 gün keçən kimi qəfildən işığı kəsirlər. Fikirləşmirlər ki, soyuq havadır, körpəsi, xəstəsi, qocası olan var.

Onların sözlərinə görə, İ.Quliyev Sabunçuda villaların, bahalı evlərin işığını kəsməyə cəsarət etmir. Onların isə külli-miqdarda borcları var və vaxtında ödəniş etmirlər.

Rayonun Bakıxanov, Balaxanı qəsəbələrində yaşayanlar, eləcə də digər yaşayış massivlərinin sakinləri İ.Quliyevdən narazıdırlar və “Azərişıq” ASC rəhbəri Baba Rzayevdən ölçü götürülməsini xahiş edirlər.

Qeyd edək ki, bir neçə il qabaq Zabratda yaşayan İsmayılova Ədilə Sadiq qızının işığını kəsmişdilər.

Hətta o zaman deputat Hacı Qalib Salahzadə İ.Quliyevdən xahiş etmişdi ki, ailə başsız qalıb, imkansızdır, işığını kəsməyin, hissə-hissə ödəniş edəcək. Ancaq deputatın sözünü də eşitməmişdi.


Paylaş:


Müəllif : Tarix:
16-12-2017, 10:31
  
loading...